Kəşfül-qülub
Kəşfül-qülub — Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər.
Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.