peyğəmbərdən və onun əhli-beytindən rəvayət olunmuş hədisləri mənimsəyən və onların metodologiyasını quran İslam alimləridirlər. Mühəddislər Məhəmməd peyğəmbərdən və ya onun əhlibeytindən rəvayət edilmiş hədisləri toplamış, onların ravi silsiləsini və etibarlılığını müəyyən etmişdirlər. Hədisləri araşdıran mühəddislər eyni zamanda özləri də ravi hesab edilirlər. Minlərlə hədisləri əzbərdən bilənlərə “hədis hafizi” deyilir.
Mühəddis — Rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxsdir. "Müsnəd"dən yüksək, "hafiz"dən aşağı dərəcədir.
Digər lüğətlərdə
MÜHƏDDİS
ə. 1) hədis danışan; hədisçi; 2) hədisləri tədqiq edən, hədis mütəxəssisi; 3) rəvayət edən, nəql edən