MÜHƏDRƏMLƏR
Məhəmməd peyğəmbərin sağlığında yaşamış, ancaq onu görməmiş müsəlmanlardır. Mühədrəmlər səhabə hesab olunmurlar. Ərəbistanda bütpərəstlərlə savaşların aparıldığı dövrlərdə bəzi müsəlmanlar özlərini bütpərəstlərdən ayırmaq üçün öz dəvələrinin qulağının bir parçasını kəsirdilər. Buna görə də, onları mühədrəmlər adlandırmışdırlar.