Mütəxəssis

1) ixtisası olan, ixtisaslı işçi; 2) xüsusi hazırlığa, bacarığa, savada, biliklərə, elmin müəyyən sahəsində işləmək təcrübəsinə malik, təhsil zamanı, yaxud praktiki fəaliyyətlə ixtisasa yiyələnmiş insan; 3) cinayət-prosessual qanunvericiliyə görə cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq hərəkətlərinin və digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxs (AR CPM-in 96.1-ci maddəsi).
Müşavirə
Müzakirə
OBASTAN VİKİ
Mütəxəssis
Mütəxəssis — konkret sahə üzrə yüksək hazırlığa, yetəri qədər məlumata və praktiki fəaliyyətə malik olan işçi. Mütəxəssis (diplomlu) — orta-ixtisas, ali təhsil aldıqdan sonra konkret sahə üzrə yüksək hazırlığa və praktiki fəaliyyətə malik olan işçi.
Xaricdə sovet mülki mütəxəssisləri
Xaricdə sovet mülki mütəxəssisləri — SSRİ-dən başqa ölkələrə işləmək üçün göndərilən mühəndislər, texniki işçilər, yüksək ixtisaslı işçilər və digər mütəxəssislər. == Nəzarət orqanları == Əvvəlcə vətəndaşların xaricə getməsinə nəzarət edən vahid qurum yox idi. Məsələ ilə NQÇİ-nin icraiyyə komitələri və orqanları yanında xarici şöbələr məşğul olurdu. 1920-ci illərdən etibarən bu funksiyalar Partiyanın Mərkəzi Komitəsinə tabe olan komissiyalara verilmişdir. 1947-ci ilin iyununda Xaricə Səyahət və SSRİ-yə Giriş Bürosu yaradılmışdır. Bu, Nazirlər Soveti yanında İnformasiya Komitəsinə daxil edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Чистиков, А.Н. "Разрешен выезд. . . ": деятельность Комиссии по выездам за границу в 1949-1962 гг // Петербургский исторический журнал. № 4. 2017.

Digər lüğətlərdə