MASƏL
MAŞALLAH
OBASTAN VİKİ
Maşa
Maşa - obyektləri qavrayıb yerini dəyişdirmək və ya çevirmək üçün istifadə olunan əşya. Ocaqdakı közləri dəyişdirmək, yemək bişirmək və ya yemək servis etmək kimi fərqli məqsədlərlə istifadə oluna bilir.
Maşa və Ayı
Maşa və Ayı (nağıl) — Rus xalq nağılı. Maşa və Ayı (cizgi filmi) — ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialı. == Həmçinin bax == Maşa və Ayılar — Rusiyada musiqi qrupu.
Maşa və Ayı (animasiya filmi)
Maşa və Ayı (rus. Маша и Медведь) — ümumi auditoriyaya nəzərdə tutulmuş Rusiya multiplikasiya serialı. Cizgi filmi üçölçülü qrafikanın köməyi ilə yaradılmışdır. Serial Andrey Dobrunov, Oleq Kuzovkov və Dmitri Loveiko tərəfindən yaradılmışdır. Deyilənə görə rejissoru bu həvəsə gətirən "Tom və Jerri" olub. Digər animasiyalardan fərqli olaraq Kuzokov öz filmində təkcə heyvanlardan deyil, kiçik qız uşağı obrazından da istifadə etmək qərarında gəlir. Hansı ki, bir çox kiçik qız tamaşaçılar özlərini onun yerində hesab edirlər. Serial 7 yanvar 2009-cu ildə Rusiya 1 kanalında yayımlanıb. Maşa və Ayı (rus. Маша и Медведь) bu günləri - Youtube portalında 20 milyarddan çox baxış sayına malik olan, ancaq lisenziyalı malların (oyuncaq, şokolad, uşaq yeməkləri və sair...) satışından 225 milyon dollar vəsait əldə edən, Avropada uşaq bendləri arasında ilk beşliyə daxil olan animasiya serialıdır.
Maşa və Ayı (cizgi filmi)

Araz Maşanlı
Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Araz Maşanlı da adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə bələ adlandırmışlar. Oykonim Maşanlı nəslinin adını daşıyır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Arazın sahilində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Dağ Maşanlı
Dağ Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi maşanlı (və ya maçanlı) tayfasının dağlıq ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "dağlıq ərazidə yerləşən Maşanlı kəndi" mənasındadır. Kənd bu adla rayonun ərazisindəki Maşanlı və ya Araz Maşanlısı kəndindən fərqlənir. Cəbrayıl rayonunun digər kəndi - Maşanlı kəndini Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə belə adlandırılmışdır. Oykonim maşanlı nəslinin adını daşıyır. == Tarixi == Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Dağ Tumas kənd Sovetindən Dağ Maşanlı kəndi Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Debeyki maşası
Debeyki maşası — Manipulyasiya zamanı toxuma zədələnməsinin qarşısını almaq üçün damar əməliyyatlarında istifadə olunan atravmatik toxuma maşası növü. Onlar adətən böyük olurlar (bəzi nümunələrinin uzunluğu 36 sm-ə qədər çata bilir) və bir çox digər toxuma maşalarındakı incə tutucu hissədən fərqli olaraq, bu maşalarda həmin hissə daha qabarıq olur. Maşa Beylor Tibb Kollecində işlədiyi müddətdə bir çox tibbi yeniliklər etmiş Dr. Maykl DeBeyki tərəfindən hazırlanmışdır.
MAŞAV
MAŞAV - ibri dilində Beynəlxalq Əməkdaşlıq üzrə Mərkəz adının qısaltmasıdır. İsrail Xarici İşlər Nazırliyi çərçivəsində fəaliyyət göstərən bu proqram bir çox ölkələrin, eləcə də ABŞ, Böyük Britaniya, Avropa Birliyi ölkələri, Türkiyə və digərlərinin də həyata keçirdikləri beynəlxalq təcrübə mübadiləsi üzrə proqramlardan biridir. 1958-ci ildən fəaliyyətə başlayan bu proqram çərçivəsində indiyə qədər 140 ölkədən 200 mindən artıq şəxsin təcrübə keçdiyi məlumdur. Proqram üzrə təcrübə mübadiləsi İsrailin ayrı-ayrı elmi və akademik mərkəzləri ilə əməkdaşlıq çərçivəsində aparılır. Proqramın əsas fokus sahələri kənd təsərrüfatı, elm və texnologiya, idarəetmə və sahibkarlıq, təhsil kimi istiqamətlərdə İsrailin qabaqcıl təcrübəsini yaymaqdır. Eyni zamanda qısamüddətli pilot layihələri həyata keçirmək, kiçik biznes üzrə davamlı inkişafa nümunə olacaq layihələrə dəstəyi ehtiva edir. == Mənbə == MAŞAV NƏDİR?
Maşadqanlı
Maşadqanlı (əvvəlki adı: Birinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun Birinci Aratkənd kəndi Maşadqanlı kəndi adlandırılmışdır. == Tarixi == Keçmışdə Şirvandakı Gorus mahalının tərkibində olduğu üçün Gorus Aratkənd adlanırdı. XX əsrin 30-cu illərində həmin kənddən çıxan bir qrup ailə İkinci Aratkənd yaşayış məntəqəsini saldıqdan sonra Gorus Aratkənd Birinci Aratkənd adlandırıldı. Burada "birinci" komponenti "ilk, mənbə" mənalarını daşıyır. == Etimologiyası == Adının mənşəyi talışların subetnosu olan orand tayfası ilə bağlıdır. Bəzi tədqiqatçılar bu toponimin ikinci komponentini monqol mənşəli oyrat tayfa adının fonetik dəyişikliyə uğramış forması hesab edirlər. Azərbaycanda xalq coğrafi termini olan arat relyefin mənfi hissələrində olan şorlaşmış torpaqların yuyulub təmizlənməsi prosesinə, dağdibi rayonlarda isə dincə qoyulmuş, əkilməyən torpaqlara deyilir. Deməli, kənd vaxtilə Gorus mahalının dincə qoyulmuş torpaq sahələrində salındığı üçün belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Maşadqanlı bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Maşadu di Asis
Maşadu di Asis (port. Machado de Assis, 21 iyun 1839, Rio-de-Janeyro — 29 sentyabr 1908, Rio-de-Janeyro) — braziliyalı yazıçı, publisist, filosof.
Maşalla Əhmədov
Maşalla Əhmədov (tam adı:Maşalla Əhməd oğlu Əhmədov; 2 iyun 1959, Kirovabad) — SSRİ futbolçusu, SSRİ idman ustası (1986). == Həyatı == Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşalla Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən Neftçi Bakı klubunda oynayıb. XX əsrin 80-ci illərində "Neftçi"də yeni "üçlük" yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki Azərbaycanda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm "üçlük" istənilən oyunun taleyini həll etməyə qadir idi. 1986-cı ildə SSRİ-nin qeyri-rəsmi Olimpiya komandası bir matç oynayıb.. 1995-ci ildən 2008-ci ilədək AFFA-dan kənarda qalıb. Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
Maşallah Abdullayev
Maşallah Babakişi oğlu Abdullayev (27 may 1950, Kəpənəkçi, Qasım İsmayılov rayonu – 26 oktyabr 2022, Goranboy rayonu) — Goranboy rayon icra hakimiyyətinin başçısı (1992–1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir. Ailəlidir.
Maşallah Xudubəyli
Maşallah Xudubəyli (1950 – 2017) — tədqiqatçı-jurnalist, publisist, elmi işçi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Maşallah Xudubəyli 21 fevral 1950-ci ildə Ulu Göyçə mahalının Nərimanlı kəndində, mahalın qüdrətli söz ustadı Xəstə Bayraməlinin ailəsində dünyaya gələn tədqiqatçı-jurnalist, publisist Maşallah Xudubəyli həm də qədim folklorumuzun cəfakeşlərindən biridir. Özünün tədqiqatçılıq, jurnalistlik və publisistik fəaliyyətini bir neçə sahədə davam etdirən M.Xudubəylinin folklorla bağlılığı hələ Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olmamışdan da əvvəl, çox erkən çağlarından başlayıb. Həm də musiqi tədqiqatçısı olan M.Xudubəyli dünyanın nadir radio jurnalistlərindən biridir ki, onun kompozisiyaları kompakt-disk şəklində ölkələr dolaşmaqdadır. Müəllifin qardaş Türkiyədə "Haqq yolunda susmazam mən" və "Ya Qarabağ, ya ölüm" kompozisiyalarının kompakt-diski böyük tirajla buraxılıb və Şərqin, Avropanın müxtəlif şəhərlərinə yayılıb. Yüzlərlə ədəbi-bədii, elmi-publisistik yazıların, bir neçə kitabların, o cümlədən dərslik vəsaitlərinin müəllifi olan Maşallah müəllimin mövzuları çoxşaxəlidir, dili şirin və axıcıdır. Universiteti bitirəndən sonra bir müddət "Yazıçı" nəşriyyatında, sonra isə Azərbaycan Dövlət tele-radio verilişləri şirkətində məsul işlərdə çalışıb. Hazırda AMEA Folklor İnstitutunun elmi əməkdaşı olan M.Xudubəyli Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 24 fevral 2017-ci ildə xərçəng xəstəliyindən Bakı şəhərində vəfat etmiş, Mehdiabad qəsəbəsində dəfn olunmuşdur. == Əsərləri == "Mənim sazlı-sözlü dünyam".
Maşallah Əhmədov
Maşalla Əhmədov (tam adı:Maşalla Əhməd oğlu Əhmədov; 2 iyun 1959, Kirovabad) — SSRİ futbolçusu, SSRİ idman ustası (1986). == Həyatı == Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşalla Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən Neftçi Bakı klubunda oynayıb. XX əsrin 80-ci illərində "Neftçi"də yeni "üçlük" yarandı. İsgəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryovdan ibarət trio nəinki Azərbaycanda, hətta bütün SSRİ-də məşhur idi. Bu möhtəşəm "üçlük" istənilən oyunun taleyini həll etməyə qadir idi. 1986-cı ildə SSRİ-nin qeyri-rəsmi Olimpiya komandası bir matç oynayıb.. 1995-ci ildən 2008-ci ilədək AFFA-dan kənarda qalıb. Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti postunu daşıyır.
Maşanlı
Maşanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Maşanlı kəndi Soltanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Maşanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Araz Maşanlı da adlanır. Yaşayış məntəqəsini həmin rayondakı Dağ Maşanlı kəndindən köçmüş ailələr Araz çayı sahilində saldığına görə bələ adlandırmışlar. Oykonim Maşanlı nəslinin adını daşıyır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Arazın sahilində yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Maşanlı (dəqiqləşdirmə)
Dağ Maşanlı — Cəbrayıl rayonunda kənd. Maşanlı — Cəbrayıl rayonunda kənd.
Maşavera
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.
Nkoana Maşabane
Maite Nkoana Maşabane (d.
Əhməd xan Maşayixi
Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi (1881–1969)—Təbriz şəhərinin başçısı. == Həyatı == Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müstəşarəssəltənə ləqəbini daşıyırdı. Bir müddət Daxili İşlər nazirliyində çalışmışdı. Sonra İsfahan valisi Şükrulla xan Qəvaməddövlənin yanında xidmət etmişdi. Oradan Borucərd hakimi vəzifəsinə təyin edilmişdi. 4-cü çağırışda İran Milli məclisinə vəkil seçilmişdi. Əhməd xan Maşayixi Rza şah Pəhləvinin fərmanı ilə Təbriz şəhərinə başçı (mer) təyin edilmişdi. Sonra sıra ilə Zəncan, Kaşan və Qəzvin vilayətlərinin valisi olmuşdu.
Maşallah
Maşallah (ərəb. مَا شَاءَ ٱللَّهْا‎) — ərəblərdə ritual dua nidası, ərəb və digər müsəlman ölkələrində tez-tez heyrət, sevinc, Allaha (c.c) həmd, şükür əlaməti və hər şeyin Allahın iradəsi ilə baş verdiyini təvazökar şəkildə qəbul etmək üçün istifadə olunan ünsür. Sevilən və ya bəyənilən bir şeyi görəndə işlədilən söz, “Allah onu bəd nəzərdən qorusun” mənasındadır. İfadə ərəbdilli xalqlar və ya sadəcə müsəlmanlar tərəfindən geniş istifadə olunur. Qurani-Kərimin Kəhf surəsinin 39-cu ayəsində deyilir: == İstifadəsi == Adətən xoş xəbər aldıqdan dərhal sonra deyilir. Müsbət ifadələr, təriflər, təsdiqlər, bir şeyə və ya kiməsə heyranlıq bildirərkən (məsələn, yeni doğulmuş uşağın sağlam görünüşü ilə bağlı sözlərdən sonra) pis gözə qarşı bir qoruyucu ifadə kimi də istifadə olunur. Hesab olunur ki, fəzilətlərin bu cür ritual devalvasiyası ilə paxıllıqdan və pis gözdən qaçmaq olur.

Значение слова в других словарях