Malbinəsi
Malbinəsi — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2246 nəfərdir.
== Toponimiyası ==
XII əsirdə Eldənizlər hakimiyyətinə tabe olan türk tayfaları bu ərazidə məskunlaşmışdır.Salman İbn-Rabiyyənin dediyinə görə Xİİ-əsirdə bu ərazilərdə maldarlııq və əkinçiliklə məşğul olan əhali yaşayıb.Prafessor U.A.Paxomov bu ərazilərdə arxeoloji iş aparmış və sübut etmişdi ki.yerli əhali əkinçilik.maldarlıqla məşğul olurmuş.Gil və metalı emal etməyi bacarırmış.(2)
1828-ci ildə bu ərazilər çar Rusiyasının tərkibinə daxil olmuşdur.1867-ci ildə Yelzavetapol Quberniyasının Cavanşir Qəzasının
Bərdə uyezdinin Malbinəsi dairəsi adlandırılıb.(3) Həmin ərazidə yerləşən Hətəmli,Nağdalılar,Nurular, Vəlilər,Əlpənahlı,
Hüseyinqulular,Mirəssənli,Abdullalı,Çökək Abdullalı,Dığıralılar,Malbinəsi,Fərzalılar,Qazılar,Osmalar adlanan kiçik kəndlər 1929-cu
ildən başlayaraq 1960-cı illərə kimi hazırkı Malbinəsi adlanan kənddə cəmləşdirilmişdir.(kollektivləşmə 4)Bütün bu kəndlərdə yaşayan əhalinin ən çoxunun maldarlıqla məşğul olması Malbinəsi toponiminin yaranmasına səbəb olmuşdur.
Yevlax rayonu (5 fevral 1935-ci il)
Türk tayyfaları
== İstinadlar ==
2 Azərbaycan SSR Elmlər Akademiyasının "Xəbərlər"jurnalı 1944-cü il №9 səhifə 52.