MALİK İBN ƏNƏS

(93/712 – 179/796) – İslam dünyasında ən çox yayılmış fiqhi məzhəblərindən biri olan maliki məzhəbinin qurucusu olmuşdur. Mədinədə tacir ailəsində doğulmuşdur. Zəmanəsinin görkəmli din alimlərindən dərs almışdır. Gənc yaşlarından hədis elminə böyük maraq göstərmiş və bu istiqamətdə özünü inkişaf etdirmişdir. Bununla bərabər o, digər ilahiyyat elmlərini mənimsəmiş, xüsusən də fiqh elmi sahəsində də böyük nailiyyətlər əldə etmişdir. Digər məzhəblərin təlimi ilə tanış olmuş, onların metodlarını yaxşı mənimsəmişdir. Malik İbn Ənəs bir çox əsərlərin müəllifi olmuşdur. Ən tanınmış əsəri hədislər toplusu olan “Müvətta” adlı kitabıdır. Bu əsər ilk hədis külliyyatından biri olmuşdur. Orada müəllif bu hədisləri mövzular üzrə sistemləşdirmişdir.
MAL
MALİKİ MƏZHƏBİ