Mandel

die; -, -n 1. bot. badam; 2. anat. badamcıq vəzi
Mandat
Mandelbaum
OBASTAN VİKİ
Benua Mandelbrot
Benua Mandelbrot (fr. Benoît B. Mandelbrot; 20 noyabr 1924[…], Varşava, Polşa – 14 oktyabr 2010[…], Kembric, Massaçusets) — fransız və amerikan riyaziyyatçısı, fraktal həndəsənin yaradıcısı, fizika üzrə Volf mükafatı (1993) laureatı. == Həyatı == Benua Mandelbrot 1924-cü ildə Varşavada Litva yəhudilərinin ailəsində anadan olmuşdur.Onun anası Bella Lurye həkim, atası Karl Mandelbrot isə xırvatçı olmuşdur. Amma onun əmisi Şolem Mandelbroyt Fransada yaşamış və kifayət qədər tanınmış riyaziyyatçı olmuşdur. Şolem Mandelbrot məşhur "Nikola Burbake" ləqəbli riyaziyyatçılar qrupunun üzvü olmuşdur. Benua 12 yaşı olanda ailəsi ilə birlikdə Parisə emiqrasiya edir. Müharibənin başlamasından sonra Mandelbrotlar ailəsi alman işğalından azad olan Fransanın cənubundakı Tulle şəhərciyinə qaçırlar. Benua orada məktəbə getsə də, tezliklə oxumağa marağını itirmişdir. Amma Benua Mandelbrot özündəki qeyri-adi riyaziyyat vergisini kəşf edir, o müharibədən dərhal sonra Paris Politexnik məktəbinin tələbəsi olur. Məlum olur ki, Benua əla fəza təxəyyülünə malikdir.
Mandela Eqbo
Mandela Çinveyzu Eqbo (17 avqust 1997-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Eqbo Borussiya akademiyası vasitəsilə inkişaf etmişdir. Eqbo öz peşəkar karyerasında debütünü 24 fevral 2018-ci ildə Hannover klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Denis Zakarianı əvəz etmişdir. Həmin görüşdə Borussiya liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. 25 fevral 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Mandela effekti
Mandela effekti — yalnız bir və ya bir neçə nəfər deyil, dünyadakı bir çox insanın mövcud məlumatları tamamilə səhv xatırlamasıdır. 2009-cu ildə Fiona Brum keçmiş CAR prezidenti Nelson Mandelanın 1980-ci illərdə həbsxanadakı ölümünü necə xatırlaması haqqında bir konfransda danışırdı. Ancaq Mandela 1980-ci illərdə deyil, 2013-cü ildə vəfat etmişdir. Brum xatirələri haqqında başqalarıyla danışanda məlum oldu ki, Brum tək deyil. Digərlərinin iddialarına görə, Mandelanın 1980-ci illərdə ölüm xəbərini və dul arvadının ölümlə bağlı nitqini xatırlayırlar. Brum belə əhəmiyyətli bir hadisənin bu qədər geniş auditoriya tərəfindən səhv xatırlanması və olmamış bir hadisə haqqında təfərrüatları ilə danışılmasından şok oldu. Sonralar "Mandela effekti" adını verdiyi bu fenomeni və buna oxşar hadisələri müzakirə etmək və araşdırmaq üçün bir sayt qurdu.
Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir. "Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir. "Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir: “Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.
Mandelyö-la-Napul
Mandelyö-la-Napul (fr. Mandelieu-la-Napoule) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Nadejda Mandelştam
Nadejda Mandelştam (rus. Наде́жда Я́ковлевна Мандельшта́м; d. 1899 – ö. 29 dekabr 1980) — Rusiya yazıçısı. Osip Mandelştamın həyat yoldaşı. 26 may 1934-cü ildə Nadejda Mandelştam da istintaqa çağırılır, ona ərini müşayiət etmək təklif olunur. “Qara günün” dostu demək olar ki, son günlərə qədər ərinin yanında olur. Brodskiyə görə, o, sadəcə öz “dahi ərinin kölgəsi”, bir başqası üçün “qara günün dostu” idi. Erenburq isə Nadejdanın əri üçün elədiklərinin qiymətini belə verir - onu “Böyük Dul Qadın” adlandırır. Brodski yazırdı: "Bu qadın onilliklər boyu “qaçaq həyatı” yaşamışdı, həyatını ərinə həsr edib onun kölgəsinə çevrilmişdi.
Nelson Mandela
Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[…], Mfezo[d], Keyp əyaləti[d], Cənubi Afrika İttifaqı[…] – 5 dekabr 2013[…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı. 1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub. Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi. Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib. Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub.
Osip Mandelştam
Osip Mandelştam (rus. О́сип Эми́льевич Мандельшта́м; 2 (14) yanvar 1891, Varşava, Polşa çarlığı, Rusiya imperiyası[…] – 27 dekabr 1938[…]) — Rus şairi; akmeist cərəyanın banilərindən biri. Osip Mandelştam 3 yanvar 1891-ci ildə Varşavada anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Peterburqda keçib. Atası Emili Mandelştam kommersant, anası Faina Verlobskaya musiqi müəllimi idi. 1900–1907-ci illərdə Tenişov kommersiya peşə məktəbində təhsil alır. Peşə məktəbini bitirdikdən sonra üç dəfə xaricə səfər edir, bir müddət Parisdə yaşayır, sonra bir il Almaniyada Heydelberq Universitetində roman filologiyasını öyrənir. Bir neçə ay Berlin ətrafındakı Selendorf şəhərciyində yaşayır. Qərbi Avropa onda unudulmaz təsir buraxır, bu təəssüratın izləri sonralar onun şeirlərində, hətta son əsərlərində də görünür. Anna Axmatova və Nikolay Qumilyovla tanışlıqdan sonra Mandelştamın yaradıcılığında yeni bir dövr başlayır.
Robert Mandell
Robert Mandell (ing. Robert Alexander Mundell; 24 oktyabr 1932[…], Kinqston, Ontario – 4 aprel 2021) — kanadalı iqtisadçı. Vankuver şəhərindəki Britaniya Kolumbiya Universitetinin məzunudur. Robert Mendell 1956-cı ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsinə yüksəlmişdir. 1999-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. 1974-cü ildən Kolumbiya Universitetində iqtisadiyyat bölməsində professor olaraq işləyir.
Mandelorna
Chrysopogon (lat. Chrysopogon) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.