Manipulyasiya

Manipulation Qiymətli kağızların qiymətinin süni olaraq qaldırılması və ya endirilməsi. Adətən qeyri-qanuni sayılır. Kiçik və az likvid olan şirkətlərin səhmlərini manipulyasiya etmək, adətən, daha asandır. Məsələn, səhmin cari ticarət qiymətindən aşağı çoxlu sayda kiçik sifarişlərin qoyulması investorları şirkətlə bağlı problemlər olduğuna inandıra bilər və nəticədə kütləvi satışa gətirib çıxara bilər ki, bu da qiymətləri daha da aşağı salar.
Maliyyə vasitəçiliyi
Maraq sifarişi
OBASTAN VİKİ
Manipulyasiya
Manipulyasiya — idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir. Manipulyasiya etmənin əsas səbəbini bilməklə və manipulyatorların davranışlarının strateji xətlərinə bələd olmaqla nəinki onları ətrafdakı insanlar arasında ayırd etmək, həmçinin onların bu rəftarının təsirindən yayınmaq da mümkündür.Həmçinin qiymət manipulyasiyası da mövcuddur ki,bu da qiymətli kağızlar bazarında qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir.
Psixoloji manipulyasiya
Psixoloji manipulyasiya — gizlilik, aldadıcılıq, zorakılıq istifadə edərək digər insanların qavrayışını (və ya davranışını) manipulyatorun maraqları üçün dəyişdirməyə yönəlmiş bir fəaliyyət növü olan sosial təsir tipi (və ya sosial-psixoloji fenomen Bu cür üsullar manipulyatorun maraqlarını digər insanların hesabına irəli sürdüyü üçün onları istismarçı, zorakı, vicdansız, qeyri-etik kimi nəzərdən keçirmək olar. Lakin, onun sosial təsiri heç də həmişə mənfi deyil. Belə ki, məcburi olmadığı və şəxsin onu qəbul etmək (və ya rədd etmək) hüququna hörmət etdiyi müddətcə zərərsizdir. Kontekstdən və motivasiyadan asılı olaraq sosial təsir gizli (və ya açıq) manipulyasiya ola bilər.
Qiymətli kağızlar bazarında manipulyasiyalar
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir. Bağlanma anında qiymət qoyuluşu (Marking the close). Qiymətli kağızların bağlanış qiymətini (törəmə maliyyə alətlərinin isə müqavilə müddətinin son günündə) dəyişmək üçün bazarın bağlanma anına yaxın onların qəsdən alınması/satılması. Qiymətli kağızların kütləvi təklifindən sonra sövdələşmə aparmaq (Colluding in the after market of an İPO).Bu hal, xüsusilə, qiymətli kağızların ticarəti başlayan kimi müşahidə olunur. İlkin kütləvi təklif zamanı səhmlərini yerləşdirmiş tərəflər qiymətli kağızların qiymətini süni olaraq qaldıraraq digər investorların marağını artırmaq və sonradan öz səhmlərini istədikləri qiymətə satmaq məqsədilə, ticarət başlayan kimi əlavə səhmləri almaq haqqında gizli razılığa gəlirlər. Qanunsuz sıxışdırma (Abusive squeeze). Manipulyasiyanın bu növü, maliyyə aktivlərinin və/yaxud “derivativ” müqavilələrin əsasını təşkil edən məhsulların təklifi, tələbatı və ya çatdırılma mexanizmləri üzərində nəzərə çarpacaq təsiri olan, qiymətləri ciddi surətdə təhrif etmək (və digərlərinin öz öhdəliklərini yerinə yetirmələri üçün məhsulu bu qiymətə çatdırmaq, qəbul etmək və ya təxirə salmağa məcbur etmək) məqsədini güdən dominant tərəfə və ya tərəflərə aiddir (Qeyd etmək lazımdır ki, tələb və təklifin müvafiq nisbəti bazarda gərginlik yarada bilər. Lakin bu, özü-özlüyündə bazarda manipulyasiya hesab edilə bilməz. Həmçinin məhsulun təklifi üzərində nəzərə çarpacaq nəzarət, özü-özlüyündə manipulyasiya hesab edilməməlidir Qiymət üzrə minimal səviyyənin yaradılması (Creation of a floor in the price pattern). Bu addımlar adətən emitentlər və ya onlara nəzarət edən digər təşkilatlar tərəfindən atılır və bu zaman, əqdlər və sifarişlər elə üsulla keçirilir ki, səhmin qiymətinin müəyyən səviyyədən aşağı düşməsinin qarşısını alan maneələr yaradılsən.
Media manipulyasiyası
Media manipulyasiyası — havadarların öz xüsusi maraqlarına uyğun görüntü və ya mübahisə yaratdıqları bir-birilə əlaqəli üsullar silsiləsi. Bu cür taktikalara yalanlardan, manipulyasiyadan, dezinformasiyadan, ritorik və təbliğat üsullarından istifadə daxildir. Bundan başqa, çox vaxt hansısa informasiyanı və ya baxış bucağını sıxışdırmaqla insanların və ya qrupların diqqətini kənara çəkməklə senzura tətbiq etmək də bu taktikalara aid edilir. "Təbliğat: İnsanların münasibətlərinin formalaşması" kitabında Jak Ellül yazmışdır ki, ictimai rəy yalnız kommunikasiya vasitələrinin təmin etdiyi kanallar vasitəsilə özünü ifadə edə bilər və onsuz heç bir təbliğat ola bilməz. Bu, ictimaiyyətlə əlaqələr, təbliğat, marketinq və s. sahələr daxilində istifadə olunur. Hər bir kontekst üçün məqsəd tamamilə fərqli olsa da, əsas üsullar çox vaxt bir-birinə oxşardır. Aktivizm, xüsusilə mübahisəli məsələnin bir tərəfini dəstəkləyən və ya ona qarşı çıxan birbaşa güclü fəaliyyətə vurğu edən təcrübə və ya doktrinadır. Bu, sadəcə olaraq sosial baxışlara təsir etmək və ya onları dəyişdirmək üçün hərəkata başlamaqdır. Bu, adətən nüfuzlu şəxslər tərəfindən başlanır, lakin böyük kütlələri olan ictimai hərəkatlar vasitəsilə kollektiv şəkildə həyata keçirilir.

Digər lüğətlərdə