Manukau
Manukau şəhəri — Aukland əyalətində, Manukau Bələdiyyə Məclisi tərəfindən idarə olunan bir ərazi bölgəsidi. Bu termin Şərqi Oklend ərazilərini əhatə etməməsinə baxmayaraq bəzən "Cənubi Oklend" adlandırılır. Həm hüquqi statusu, həm də genişmiqyaslı məskunlaşma baxımından nisbətən gənc bir şəhərdi.2010-cu ilin iyun ayında Yeni Zelandiyada üçüncü ən böyük şəhər idi.Manukau şəhərinin ərazisi 683 km²-dir.Hal-hazırda şəhərdə yerli idarəetməni Aukland şurası həyata keçirir. 2010-cu ildə bütün Oklend Bölgəsi Oklend Şurası altında birləşdi. Şəhərin adı, Maori mənşəlidir və "uçan quşlar" mənasını verir
Manukau şəhəri 1965-ci ildə meydana gəlib. Şəhər 1989-cu ildə Yeni Zelandiya miqyasında yerli idarəetmənin yenidən təşkilində genişləndi, Papatoetoe şəhəri və Howick Borough'u özünə birləşdirdi, ancaq yeni qurulan Papakura mahalından bir qədər torpaq itirdi. 1 Noyabr 2010-cu ildə Manukau Şəhər Şurası ləğv edildi.
Manukau şəhəri Otahuhu isthmusun cənubunda, Northland bölgəsi ilə Şimal adasının arasında yerləşir. Manukau şəhərindən cənubda Papakura və Franklin bölgəsi Oklend şəhər ərazisinin ayrılmaz hissəsi kimi qəbul edilir.
15 aprel 2012-ci il tarixində Manukau dəmiryol stansiyası açılmışdır.