MAQMATİZM

hərəkətverici qüvvəsi maqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasən effuziv (vulkanizm) və intruziv (plutonizm) formada təzahür edir. магматизм magmatism
MAQMATİK PROSESLƏR
MAQMATOGENTEKTOGEN RELYEF FORMASI
OBASTAN VİKİ
Maqmatizm
Maqmatizm (rus. магматизм, ing. magmatism) — hərəkətverici qüvvəsi maqma və onun törətdiyi bütün geoloji proseslərin məcmusu; əsasən effuziv (vulkanizm) və intruziv (plutonizm) formada təzahür edir. Başlanğıc maqmatizm, Stille, 1940 - qalın sualtı vulkanogen süxur qatları (spilit-diabaz, andezit, kvars-keratofir formasiyaları) və intruziv formasiya seriyaları (hiperbazit, qabbro-plaqioqranit, qabbro-sienit formasiyaları) ilə səciyyələnən maqmatizm. Başlanğıc maqmatizm əsasi, ultraəsasi tərkibli maqma və onun turş diferensiatları xasdır. Evgeosinklinallar və qırışıqlıq vilayətlərin tipik zonalarının ilkin yaranma mərhələlərində geniş inkişaf etmişdir. Sinonim: İnsial maqmatizm. Maqmatik fəallaşma sahələrində təbii hadisələrdən daha çox vulkanlara, zəlzələlərə və iqlim dəyişmələrinə rast gəlinir. Belə sahələrdəki sularda, xüsusən yeraltı suların yuvenil növlərində Cl elementinin miqdarının yüksəlməsi müşahidə edilir. Maqmatik fəallaşma mərhələləri yer qabığında vulkanların fəaliyyəti ilə də müşayiət oluna bilər.

Digər lüğətlərdə