mars
marsionim
OBASTAN VİKİ
Marselyeza
Marselyeza (fr. La Marseillaise) — Böyük Fransa inqilabının himni. Hazırda Fransanın dövlət himnidir. Himnin əvvəlki adı "Reyn ordusunun hərbi marşı" olmuşdur. == Tarixi == Sözləri və musiqisi 25 aprel 1792-ci ildə hərbi mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır. Məhz bu marşın sədaları altında Marsel könüllü batalyonu Parisə daxil olmuşdur. Marselyeza 24 noyabr 1793-cü ildə Fransanın himni kimi qəbul edilir. 1848-ci ildə inqilab dalğası bütün Avropanı bürüyərkən azadlıq simvoluna çevrilən Marselyezanın sədaları İtaliyadan, Macarıstandan, Polşadan və başqa ölkələrdən gəlməyə başlayır. Daha sonra 1871-ci ildə Paris Kommunasının döyüş meydanlarında səslənən Marselyeza 1944-cü ildə yenidən Fransanın dövlət himni kimi təsdiqlənir.

Digər lüğətlərdə

аванза́л белу́ший благотво́рность ка́лла на цы́пках опустоши́тель притира́ние прослы́шать цы́па авиадеса́нт ненагля́дный обря́дный пересыща́ть плюралисти́чный присыпаться скотово́дческий хвастли́во шу́тки в сторону чолка chemmy fascinatingly thaumaturgy калека неумение разуметь