MAYONEZ

сущ. майонез:
1. соус из растительного масла, яичного желтка, уксуса, горчицы и других приправ
2. холодное кушанье из рыбы, птицы, овощей, залитое таким соусом
MAYOLİKA
MAYONEZLİ
OBASTAN VİKİ
Mayonez
Mayonez (fr. mayonnaise) — bitki yağı, yumurta sarısı, sirkə və ya limon şirəsi, şəkər, duz və bəzən də xardal və digər ədviyyatlar qatmaqla hazırlanan soyuq sous. Mayonez mətbəxdə ən tez-tez istifadə olunan məhsullardan biridir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər. Avropa və Amerika standartlarına uyğun olaraq mayonezin yağlılığı 70–80 % olmalıdır. == Haqqında == Mayonezin tərkibinə bitki yağı, yumurta sarısı, xardal, limon turşusu və sirkə daxildir. Mayonezdə bu inqridientlərin nisbətindən asılı olaraq məhsul ya şirintəhər ya da neytral, ya acı ya da şit, ya yağlı ya da yüngül, ya qatı ya da duru olur. Mayonezin xeyiri və ziyanı tərkibində olan inqridientlərin keyfiyyətindən birbaşa asılıdır. Klassik reseptə əsasən mayonezin əsas hissəsini A, D, E, K, P vitaminlərlə zəngin olan və dərini cavanlaşdıran təbii bitki yağı təşkil edir, lakin təəssüf ki, hal-hazırda mayonezlərin çoxunun tərkibində modifikasiya olunmuş yağlar (onlara trans-piylər da deyilir) istifadə olunur. Bu yağ tam süni məhsul olub orqanizm tərəfindən onun mənimsəməsi üçün qətiyyən uyğunlaşmayıb.

Digər lüğətlərdə