Mazoxizm
Mazoxizm (alm. Masochismus) — alçaldılma, zorakılıq və ya işgəncədən həzz almaq meyli. Bu xarakter xüsusiyyəti və ya davranış deviasiyası ola bilər. Termini alman psixiatr və nevroloq Rixard fon Kraft-Ebinq 1886-cı ildə yazdığı "Cinsi psixopatiya" (Psychopathia sexualis) adlı monoqrafiyasında təqdim etmiş və romanlarında və qısa hekayələrində bu cür meylləri təsvir edən yazıçı Leopold fon Zaxer-Mazoxun şərəfinə adlandırmışdır.
== Seksual mazoxizm ==
Seksual mazoxizm həyəcan və həzz alma vasitələrinin partnyorun çəkdiyi əziyyət olduğu cinsi davranış formasıdır. Bu zaman insan cinsi hisslər və motivlər əsasında başqa bir insanın iradəsi ilə əsarət altına düşmək istəyir, bu adamın onunla qul kimi davranmasını, onu hər cür alçaltmasını və rəftar etməsini istəyir.
Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatının (DSM-5) son nəşrində "cinsi mazoxizm pozğunluğu" Kod 302.83 (F65.51) kimi qeyd olunur. Bu diaqnoz istək, davranış və fantaziyalarda təzahür edən alçaldılma və ya döyülmə aktından ən azı 6 ay ərzində təkrarlanan və intensiv cinsi oyanma tələb edir. Bununla belə, cinsi istəklər, davranışlar və ya fantaziyalar sosial, peşə və ya digər mühüm fəaliyyət sahələrində klinik cəhətdən əhəmiyyətli pozulmalara səbəb olmalıdır.
== Mazoxizm və şəxsiyyət pozğunluğu ==
Mazoxist psixiatrlar tərəfindən tibbi təsnifata daxil edilmək üçün təklif edilmişdir, lakin hazırda həm Psixi pozuntuların Diaqnostik və Statistik Təlimatında, həm də Xəstəliklərin Beynəlxalq Təsnifatında yoxdur.