MEHRSİZ
MEHTƏRBAŞI
OBASTAN VİKİ
Mehtər musiqisi
Mehtər türk adətlərində bir şənlik aləti deyil, əzəmətin, ehtişamın və görkəmliliyin bir işarəsidir. Dövlətin böyüklüyünə işarədir və təbillərin vurulması ilə çalınır. Türklərin dövlət anlayışında xalqın bütünlüyü, dövlətin ucalığı kimi anlayışlar çox önəmlidir. Bu inanc və adətlər, İslamdan əvvəlki türk dövlətlərində, Səlcuq və Osmanlı dövlətlərində də kiçik dəyişikliklərlə özünə yer alıb. Burada üç önəmli simvol var: Otağ adlanan xaqanın və ya baş komandanın olduğu yer. Bu bir savaş işarəsi olaraq qiymətləndirilir, çünki otağ yalnız savaşlarda qurulur. Xaqanın köçü adlanan böyük təbil xaqanlıq otağının önündə qoyulur və istifadəsi yalnız xaqana aiddir. Xaqanlıq mehtəri isə bayrağın altında və otağın önündə əsgərləri ürəkləndirmək üçün çalınan musiqi toplusudur. Bayraq və mehtər türk dövlətində biri-birindən ayrılmaz çox önəmli əşyalardır. Mehtərin çalınması ilə otağdan çıxılır və savaşa başlamaq üçün ilk addımlar atılır.
Mehtərli (Vərziqan)
Mehtərli (fars. مهترلو‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 881 nəfər yaşayır (186 ailə).
Mehtərəhməd (Şəbüstər)
Mehtərəhməd (fars. مهتراحمد‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 250 nəfər yaşayır (68 ailə).

Digər lüğətlərdə