Memme

die; -, -n F qorxaq
Membrane
Memorandum
OBASTAN VİKİ
Memmedli Sübhan
Sübhan Səbuhi oğlu Məmmədli (12 avqust 1994, Kəngərli rayonu, Naxçıvan Muxtar Respublikası – 6 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000–2009-cu illərdə Xıncab tam orta məktəbində, 2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Evli idi. Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir.