MEMORÁNDUM
MENİNGİ́T
OBASTAN VİKİ
Menecment
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. “Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur.
Risk menecment
Risk — dəyər kəsb edən hər hansı bir əmlakın, vəsaitin, vaxtın və s. itirilmə ehtimalıdır. Risk, arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk, neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk, hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir. Risk ehtimaldır, deməli onu miqdarca faizlərlə ifadə etmək mümkündür. Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz.
Strateji menecment
Strateji menecment (q.yun. στρατηγία, «sərkərdə mədəniyyəti», ing. management— idarəetmə) — strаtеgiyаlаrın işlənib hаzırlаnmаsı və rеаllаşdırılmаsı üzrə təşkilаtın fəаliyyətləri аrdıcıllığını müəyyən еdən prоsеsi əks еtdirir. O, həmçinin məqsədlərin qоyuluşunu, strаtеgiyаlаrın işlənib hаzırlаnmаsını, lаzımi rеsurslаrın müəyyən оlunmаsı və təşkilаtа qаrşıyа qоyulmuş vəzifələrə nаil оlmаğа imkаn vеrən хаrici mühitlə qаrşılıqlı əlаqələrin sахlаnılmаsın özündə birləşdirir. Strаtеji mеnеcmеnt müəssisənin idаrə еdilməsi prоsеsinin ilkin mərhələsi оlаrаq idаrəеtmənin bütün funksiyаlаrını özündə еhtivа еdir. Düzgün seçilmiş strаtеji idаrəеtmə müəssisəni gələcəyə istiqаmətləndirir, uzunmüddətli inkişаf istiqаmətlərini və biznеsdə öz mövqеyini müəyyən еtməyə imkаn vеrir. Strаtеji idаrəеtmənin nəticələri müəssisənin bаzаrdа qаzаndığı mövqеyində və iqtisаdi- mаliyyə göstəricilərinin uzunmüddətli mеyllərində təzаhür оlunur. Strаtеji idаrəеtmənin iki əsаs sоn məhsulunu bir-birindən fərqləndirirlər. Оnlаrdаn biri gələcəkdə məqsədlərə çаtmаğı təmin еdən təşkilаtın pоtеnsiаlıdır. Giriş tərəfdən bu pоtеnsiаl xammallаrdаn, mаliyyə və insаn rеsurslаrından ibаrətdir; çıхış tərəfdən isə — istеhsаl оlunmuş məhsullаr və хidmətlərdən, izlənməsi təşkilаtа öz məqsədlərinə çаtmаğа kömək еdən sоsiаl dаvrаnış qаydаları tоplusundаn ibаrətdir.
SDA Bokkoni Menecment məktəbi
SDA Bokkoni Menecment məktəbi (ing. SDA Bocconi School of Management) — Bokkoni Universitetinin biznes məktəbi. İtaliyanın Milan şəhərində yerləşir. 1971-ci ildə yaradılmışdır. Burada təhsil almaqla tələbələr MBA diplomunu əldə edilə bilələr. Avropanın ən yaxşı biznes məktəblərinin onluğuna daxildir.
Azərbaycan Turizm və Menecment Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi. == Tarixi == === Azərbaycan Turizm İnstitutu === Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. == Rektorlar == Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsi
Layihə menecmenti
Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir. Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir. Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu Layihə adlarıir. == Layihənin əlamətləri == Dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat əlamətləri təşkilat əlamətləri məhdudiyyətçilik əlamətləri; === Dəyişkənlik əlaməti === Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə "yaşayır". İlk növbədə, yəni layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir.
Maliyyə və bank menecmenti
Maliyyə və bank menecmenti — Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rasional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir. Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin , yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə məharətidir. Bank menecmenti bankın strateji və taktiki planlaşdırması, təhlil, tənzimləmə və bank fəaliyyətinə nəzarətlə əlaqədar olan münasibətlərin, maliyyə resurslarının, marketinq fəaliyyətinin, bank əməliyyatlarının yerinə yetirən işçi qrupunun idarəolunmasını tərənnüm edir. == Maliyyə menecmenti == Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin predmetini kapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir. Maliyyə menecmentinin vəzifələrinə daxildir: maliyyə hesabatının təhlili; pul vəsaitinin proqnozlaşdırılması; səhm buraxılışı; kredit və borcların alınması; investisiyalarla əməliyyatlar; firmaların birləşmə və sərfetmə əməliyyatlarıının qiymətləndirilməsi === Maliyyə menecmentinin məqsədləri === Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır.
İnformasiya menecmenti
İnformasiya menecmenti – XX əsrin 70-ci illərində meydana gələn informasiyanın idarəolunması və bölüşdürülməsini təmin edən menecmentin xüsusi sahəsidir. İnformasiya – idarəetmənin ən başlıca xammalıdır. İnformasiya, hər hansı bir yolla ölçülə bilən və tərkibində yenilik olan məlumatdır. Texniki-iqtisadi informasiyanın ölçü vahidi «bit»dir. İnformasiyanın toplanmasında, saxlanmasında, araşdırılmasında və verilməsində texniki və rabitə vasitələrindən istifadə olunduqda, onu kommunikasiya prosesi adlandırırıq. İnformasiyanın növləri çoxdur. Qlobal bölgü üzrə: texniki, sosial, iqtisadi, siyasi, tarixi, hərbi, tibbi və digər informasiya növlərini fərqləndirmək olar. Hazırkı dövrdə idarəetmə prosesini kommunikasiya və qərar qəbul etmə proseslərindən ayrı təsəvvür etmək qeyri-mümkündür. İdarəetmənin 5 funksiyasının – planlaşdırma, təşkiletmə, motivləşdirmə, nəzarət və marketinqin ümumi xüsusiyyətləri də bunlarla bağlıdır. Bu funksiyalar hamısı qərarların qəbul edilməsini tələb edir və hamısına informasiya lazımdır ki, düzgün qərar qəbul etmək üçün ondan istifadə etsinlər və bu qərarı müəssisənin başqa üzvlərinə çatdıra bilsinlər.
İnnovasiya menecmenti
İnnovasiya menecmentinin bir çox tərifi mövcuddur: 1) İnnovasiya menecmenti — məhsul, biznes prosesi, marketinq, texnologiya, material və komponentlər nəzəriyyəsinə dair dünya, ölkə və ya konkret bir region üçün yeni olan ideyaların maksimum mənfəəət əldə etmək və biznes sistemlərinin ümumi strategiyası çərçivəsində risklərin optimallaşdırılması məqsədilə kommersiya layihəsinə çevrilməsi prosesidir 2) İnnovasiya menecmenti — yaradıcı fəaliyyətin yeni, yaxud təkmilləşdirilmiş məhsul və ya praktik tətbiq oluna bilən və müəyyən ehtiyacları təmin etməyə qadir texnologiya şəklində təcəssüm olunan son nəticəsidir. Başqa sözlə, innovasiya – istehlakçıların müəyyən tələblərini təmin etmək üçün yeni ideya və biliklərin praktik istifadəsi məqsədilə onların həyata keçirilməsinin nəticəsidir 3) İnnovasiya menecmenti – prinsipial olaraq yeni və modifikasiya olunmuş vasitənin (yeniliyin) yaradılmasının və istifadəsinin (tətbiqinin) yekun nəticəsidir, hansı ki, rəqabətli ictimai tələbatı təmin edir və bir sıra nəticələr (iqtisadi, elmi-texniki, sosial, texnoloji) verir 4) İnnovasiya menecmenti – iqtisadi mənfəəti təmin edən, bu cür mənfəət üçün şərait yaradan, yaxud məhsulun (əmtəə, iş, xidmət) istehlak xüsusiyyətlərini yaxşılaşdıran yeni, yaxud təkmilləşdirlmiş məhsul (əmtəə, iş, xidmət), onun istehsal və ya tətbiq olunması qaydasıdır (texnologiyasıdır), istehsalın təşkili və ya iqtisadiyyatı, yaxud məhsulların satışı sahəsində yeniliklər və ya təkmilləşdirmələrdir 5) İnnovasiya menecmenti – yeni növ əmtəələrin, istehsalın yeni qayda və metodlarının, yeni xammal mənbələrinin tətbiqi və istifadəsi, yeni bazarların, istehsalın təşkilinin yeni formalarının (inhisara alma məqsədilə yenidən təşkil etmə) mənimsənilməsi məqsədilə istehlakçı ruhu ilə motivasiya olunmuş istehsal amillərinin dəyişilməsidir (yeni kombinasiyalarıdır) [1] [5]. 6) İnnovasiya menecmenti – sahibkarların xüsusi alətidir, hansı ki, bu vasitədən onlar dəyişiklikləri yeni növ biznes, yaxud xidmət həyata keçirmək üçün şans kimi istifadə edirlər. İnnovasiya — əvvəllər mövcud olmayan yeninin işlənib hazırlanması və tətbiqidir, onun köməkliyi ilə köhnə, məlum elementlər müvafiq biznesin iqtisadiyyatına yeni forma verir [6] … İnnovasiya menecmentinin obyektləri innovasiya və innovasiya prosesidir. İnnovasiya prosesi – innovasiyaların yaradılması, mənimsənilməsi, yayılması və istifadəsi prosesidir. Həmçinin, məhsul (əmtəə) ilə bağlı innovasiya prosesi ideyanın fundamental və tətbiqi tədqiqatlar, konstruktor işləri, marketinq, istehsal, satış mərhələləri vasitəsilə ardıcıl olaraq əmtəəyə çevrilməsi prosesi kimi müəyyən edilə bilər. Geniş şəkildə innovasiyalar məhsul, texnoloji, təşkilati və inzibati innovasiyalara bölünə bilər. Sonuncu innovasiyalar əksər hallarda həm məhsul, həm də texnoloji innovasiyaları tətbiq edərkən qaçılmazdır. İnnovasiyaların aşağıdakı əlamətlərə görə təsnifatı məlumdur: yayılma, istehsal tsiklində yer, davamlılıq, bazarı əhatə dairəsi, yenilikçilik dərəcəsi və innovasiya potensialı. Təşkilatın innovasiya fəaliyyətinin planlaşdırılması; Missiyanın düzgün formalaşdırılması (təşkilatın fəaliyyətinin innovasiyaya yönəldilməsi).
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi
Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsi — Bakı Dövlət Universitetinin fakültələrindən biri. == Tarixi == Bakı Dövlət Universitetində müstəqil İnformasiya və sənəd menecmenti fakültəsinin formalaşmasına gedən yol Azərbaycanda 1947/1948-ci tədris ilində təşəkkül tapmış ali kitabxanaçılıq təhsilinin yaranmasından başlayır. Həmin tədris ilində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılmışdır. Şöbənin ilk ixtisas müəllimləri xalq yazıçısı Süleyman Rəhimov, Əliheydər Qəhrəmanov, Hüseyn Tağıyev və Məryəmxanım Səmədova olmuşlar. 1958/1959-cu tədris ilində şöbə Şərqşünaslıq fakültəsinin tərkibinə daxil edilmişdir. 1962-ci ilin avqust ayında BDU-da müstəqil Kitabxanaçılıq fakültəsinin təşkil olunması haqqında qərar qəbul olunmuşdur. 2004-cü ildə BDU-nun Elmi Şurasında fakültənin adı dəyişdirilərək Kitabxanaçılıq-informasiya fakültəsi adlandırılır. 18 yanvar 2023-cü il tarixində Bakı Dövlət Universitetinin Elmi Şurasının iclasında BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adının dəyişdirilməsi müzakirəyə çıxarılıb və qərar qəbul olunub; fakültənin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" adlandırılıb. Fakültədə 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) tədris aparılır. Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində bu fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilmişdir.
Maliyyə menecmenti
Maliyyə menecmenti — seçilmiş ümumi strategiya çərçivəsində idarəetmə subyektlərinin meyarlarına və üstünlüklərinə uyğun olaraq riskləri optimallaşdırmaq üçün təşkilatın pul vəsaitlərinin hərəkətinin idarə edilməsi sistemi. == Haqqında == Təşkilatın resurslarının formalaşması, istifadəsi və tənzimlənməsi ilə əlaqəli olan pul münasibətləri mövzusu. Maliyyə menecmenti maliyyə resurslarının hərəkəti prosesində təsərrüfat subyektləri arasında yaranan maliyyə resurslarının və maliyyə münasibətlərinin hərəkətini idarə etməyə yönəldilmişdir. Bu hərəkətləri və münasibətləri necə məharətlə idarə etmək məsələsi maliyyə idarəetməsinin məzmununu təşkil edir. Maliyyə menecmenti maliyyə idarəetməsinin məqsədinin işlənib hazırlanması və məqsədə çatmaq üçün maliyyə mexanizminin üsul və rıçaqlarından istifadə etməklə maliyyəyə təsirin həyata keçirilməsi prosesidir. Effektiv üsullardan biri maliyyə idarəçiliyində zəif cəhətləri tez müəyyən etməyə imkan verən Haskell testinin istifadəsidir. Təşkilatlarda maliyyə menecmenti bir çox cəhətdən mühasibat uçotuna bənzəyir. Lakin mühasibat uçotu artıq başa çatdırılmış əməliyyatların uçotu ilə əlaqədardır (və buna görə də “tarixi” maliyyə məlumatlarının uçotu). Maliyyə menecmenti həm strategiya, həm də idarəetmə taktikasını götürdüyü idarəetmə elminin, idarəetmənin çoxsaylı sahələrindən biridir. Bu vəziyyətdə strategiya məqsədə çatmaq üçün vəsaitlərdən istifadənin ümumi istiqamətinə və metoduna aiddir.

Значение слова в других словарях