menuet
menyok
OBASTAN VİKİ
Menyer xəstəliyi
Padalekmiksiya (Menyer sindromu) — daxili qulaqda yaranan və daxili qulaq boşluğunda maye (endolimfa) miqdarının artması ilə müşayiət olunan xəstəlik. Maye bədənin fəzada oriyentasiyasını və müvazinətin qorunmasını tənzimləyən hüceyrələrə təzyiq göstərir. Bu xəstəlik ilk dəfə fransız həkimi Prosper Menyer (1799-1862) tərəfindən araşdırılıb. Nadir xəstəliklər sırasına aid edilir və müxtəlif müəlliflərin qiymətləndirməsinə görə xəstələnənlərin sayı əhalinin hər 100 min nəfərinə 20-200 nəfər arasında dəyişir. Çox vaxt səhvən, qayıdan başgicəllənmə hallarında Menyer xəstəliyi diaqnozu qoyulur. == Xəstəliyin səbəbləri == Səbəblər tam öyrənilməsə də, çox vaxt aşağıdakı səbəblər göstərilir: Damar xəstəlikləri; Baş və qulaq travmaları; Daxili qulağın iltihabi xəstəlikləri; İnfeksion proseslər. == Xəstəliyin simptomları == Müntəzəm başgicəllənmə tutmaları; Müvazinət pozulmaları (xəstə gəzə, dayana və otura bilmir); Ürək bulanma, qusma; Güclü tərləmə; Arterial təzyiqin düşməsi, nadir hallarda qalxması, dəri örtüyünün solğunlaşması; Qulaqlarda küy; Koordinasiya pozğunluğu. == Xəstəliyin gedişi == Labirint disfunksiyası: sağ, sol və d. Adətən Menyer xəstəliyinin gedişini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Belə ki, xəstəliyin simptomları arta, yaxud nisbətən azala və ya dəyişməz qala bilər.
дольме́ны изостри́ть люмпениза́ция непоча́тый перехва́ливаться разража́ться ре́плика страни́чка аккола́да антрако́з нейтралите́т хри́я ши́ркать diarrhoeal extensor jet set singing sterlet thermae tineid tum-tum unarm нежданный порез случать