Mustafa Kamal Atatürkün heykəli (Mexiko)
Mustafa Kamal Atatürkün heykəli (isp. Estatua de Mustafa Kemal Atatürk) — Meksikanın paytaxtı Mexiko şəhərinin Paseo de la Reforma küçəsində yerləşən heykəldir.
Mustafa Kamal Atatürkün heykəli ilə ağ rəngli mərmərdən hazırlanan aypara və ulduzun Türkiyə bayrağındakı təsvirindən ibarətdir. 3,2 m uzunluğunda və təxminən 1,5 ton ağırlığındakı Atatürk heykəli, Türkiyə İşəgötürən Peşələri Konfederasyonu'nun təşəbbüsü Azeri heykəltaraş Səid Rüstəm tərəfindən 2000-ci ildə tamamlansa da müxtəlif səbəblərdən ötəri əlaqədar bölgəyə tikilməsi gecikdi. Türkiyə Respublikasının quruluşunun 80-ci ili xatirəsinə, 29 oktyabr 2003-cü ildə təşkil edilən mərasimlə birlikdə açıldı. Mərasimə Türkiyədən; Əmək və Sosial Müdafiə naziri Murad Başəskioğlu, Milli Müdafiə Naziri Vecdi Könül və Dövlət Naziri Güldal Ağşid də qatıldı.