Meynfreym kompüteri
Meynfreym kompüteri(İng.mainframe computer (= mainframe), ru. мейнфрейм )-daha intensiv hesablamalar tələb edən məsələlər üçün işlənib hazlırlanmış yüksək güclü kompüter. Meynfreymlər, adətən, ona qoşulmuş terminallarda eyni vaxtda işləyən çoxlu istifadəçilər tərəfindən istifadə olunur. Superkompüter adlandırılan ən güclü meynfreymlər çox mürəkkəb və uzun müddətli hasablamaları yerinə yetirir, həm sırf elmi, həm də tətbiqi araşdırmalarda alimlər, iş adamları və hərbiçilər tərəfindən çox intensiv istifadə olunur.
Meynfreym – ümumi məqsədli yüksək məhsuldarlığa malik universal elektron-hesablama maşınıdır (EHM). Bu kompyuterlərdən müdafiə, maliyyə və sənaye sahələrində geniş istifadə olunur. Meynfreym kompyuterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qayda ilə həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompyuterlərin istehsalı ilə IBM kimi nəhəng şirkətlər məşğul olur.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.