meşəarmudu
meşəbərpa
OBASTAN VİKİ
Meşəbaşı şəlaləsi
Meşəbaşı şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində şəlalə. == Haqqında == Yerli əhali tərəfindən Meşəbaşı adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1696 m hündürlükdə yerləşir. Elmi mənbələrdə adı qeyd olunmayan, 13 metr hündürlükdən tökülən, eni 90 sm (0,9 metr), koordinatları N 41˚ 17' 36", E 47˚ 15' 13" olan "Meşəbaşı" şəlaləsi bol sulu olması ilə yanaşı öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu tərəfindən 12.08.2023-cü ildə Şəki rayonundakı Kiş çayının Damarçın qolu üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.