mies

adj. F eybəcər, kifir, çirkin; ~ Laune haben ke(y)fi çox pis olmaq, qaş-qabağı yer süpürmək
Mienenspiel
Miesmacher
OBASTAN VİKİ
Ludwig Mies van der Rohe
Ludwig Mies van der Rohe qısaca Ludwig Mies (27 mart 1886[…], Aaxen, Prussiya, Almaniya imperiyası – 17 avqust 1969[…], Çikaqo, ABŞ[…]), Alman memar və konstruktor. Daş ustası olan atası ilə hörgü emalatxanalarında işləmişdir. 13 yaşında Berlinə köçdü və burada art nouveau memarı və mebel dizayneri Bruno Paul üçün işləməyə başlamışdır. 1907-ci ildə ilk dizaynını etmişdir (filosof Alois Riehl üçün Riehl Evi). 1908-ci ildə Memar Peter Behrens ilə işləməyə başlamış və burada Karl Friedrich Schinkel və Frank Lloyd Wright haqqında tədqiqatlar aparmışdır. Mies 1913-cü ildə Berlinə köçdü və Ada Bruhn ilə evlənmişdir. Berlində öz memarlıq ofisini açmışdır. Birinci Dünya müharibəsi dövründə Balkanlarda xidmət edib qayıtdıqdan sonra göydələnlər üzərində işləməyə başlamış və öz ofisində dizaynlar etmişdir. 1921-ci ildə Bruhnla evliliyinə son qoyan Mies, öz anasının evlilik öncəsi soyadını əlavə edərək adını Ludwig Mies van der Rohe olaraq dəyişdirmişdir. 1920-ci illərdə Berlin avanqard dərnəyində (Novembergruppe, Zehner Ring, G jurnalı) fəal iştirak etmiş və Hans Richter, El Lissitzky, Theo van Doesburg kimi müasir sənəti müdafiə etmişdir.