Trypanosoma mikailovi
Tripanasoma Mikayılov (lat. Trypanosoma mikailovi) — Mastigophora tipinə aid olan növ.
Tripanasoma Mikayılov Bədəni uzun, ilanvari, uclardan itidir. Titrək membran çox enlidir, bədənin demək olar ki, ortasından başlayır və bir neşə qat əmələ gətirir. Bəzən kinetoplast seçilmir. Nüvə ellipsvaridir. Nüvənin kənarında ləkənin olması onun xarakterik əlamətidir. Ləkə rənglənmir. Bədənin uzunluğu 81.0-106.5, eni – 8.0-14.5, Kinetoplast orta ölçülüdür 0.8-1.0, kinetoplastdan arxa qutaracağa qədər olan məsafə 28.3-47.0, kinetoplastdan nüvəyə qədər olan məsafə - 4.5-16.5. Nüvəni uzunluğu 4.0- 5.1, nüvənin eni 3.0-4.0, nüvədən ön qutaracağadək 32.0-50.0, titrək membranın eni 2.0-4.6, qamçının sərbəst ucu orta ölçülüdür, uzunluğu 7.0-9.0 mkm-dir.