Mikrokontroller
Mikrokontroller (ing. microcontroller (micro-controller), ru.микроконтроллер) - xüsusi olaraq texnoloji prosesslərin, periferiya, kommunikasiya, məişət cihazları və başqa qurğuların idarəolunması sistemləri üçün işlənib hazırlanmış birkristallı mikroprosessor. Adətən, çox da böyük olmayan operativ yaddaşı, daimi yaddaşı, taymeri, giriş-çıxış portları, eləcə də vacib olmayan rəqəmsal-analoq çeviricisi və analoq-rəqəmsal çeviricisi olur.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.