Mimetizit
Mimetizit — mineral, Pb5[Cl(AsO4)3].
Mimetizit – heksaqonal. Kristalları prizmatik, izometrik, bəzən lövhəvari. Ayrılması: {101} üzrə qeyri-mükəmməl. İkiləşməsi {112} üzrə. Aqreqatı: kip, dənəvər, böyrəkvari, salxımvari, kristallik bitişmələr. Rəngsiz, alloxromatik. Parıltısı yağlı, yarımalmazı. Sərtliyi 3,5-4. Xüsusi çəkisi 7,04; Pb Ca-la əvəz olduqda xüsusi çəkisi 5,9-dək azalır.