Minutes to Midnight
Minutes to Midnight – Linkin Parkın 3-cü studiya albomudur. Albom 14 may 2007-ci ildə çıxmışdır. Albomun prodüserləri Rik Rubin və Mayk Şinodadır. Linkin Park bu albom ilə Nu-Metal musiqi tərzindən uzaqlaşıb daha çox Alternativ roka üstünlük verdi. Bunun nəticəsi kimi, bu albom digər iki albomdan daha az satış gəliri əldə etdi.
Linkin Park, Minutes to Midnight albomunun mahnılarını yazmağa 2003-cü ildə Meteoradan sonra başladı. Ancaq Mayk Şinodanın Fort Minor adı altında hip-hop albomu yaratması və Çester Benninqtonnun Dead by Sunrise mahnılarını yazmağa başlaması Minutes to Midnight albomunun hazırlanmasını bir qədər ləngitdi. Bir neçə açıqlanmayan səhvlərə görə albom bir qədər sonraya təxirə salındı. Bir qədər istirahətdən sonra aprel ayında Linkin Parkın üzvləri qərara gəldilər ki, What I've Done adlı bir sinqlı nümayiş etsinlər. Mayın 15-də albom Şimali Amerikada şatışa çıxarıldı.