Miraslan Bəkirli
Miraslan Bəkirli (azərb. Miraslan Məcnun oğlu Bəkirli; 17 mart 1955, Qızıl Şəfəq, Kalinino rayonu) — telejurnalist, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirmişdir. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləmiş, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirmiş, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləmişdir. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləmiş, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olmuşdur. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışır. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb.
1984-cu ildən bədii yazllarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur.