MİSVAQ

Ərəbistan yarımadasında, Afrika və Asiyanın bəzi bölgələrində bitən ərak ağacını budağından kəsilmiş kiçik qələmlərdən ibarət dişlərin təmizlənməsində istifadə olunan çubuqdur. Bu ağac bir-biri ilə dolaşan yoğun borucuq və telli elementlərdən ibarət olan ağacdır. Buna görə o yumşaq və elastik olur. Misvaqda bütün insan bədəni üçün faydalı olan bioloji aktiv mineral maddələr vardır. Bundan başqa onun tərkibində diş ətini bərkidən və dişlərin çürüməsinin qarşısını alan maddələr də mövcuddur. Rəvayətlərə görə Məhəmməd peyğəmbər də misvaqla dişlərini təmizləmişdir. Buna görə də, bir çox müsəlmanlar məhz misvaqla dişlərini təmizləməyə üstünlük verirlər.
MİSİR
MİSVAQ

Digər lüğətlərdə