MİTROPOLİT

pravoslav və katolik yepiskoplarının ən yüksək adı və bu adı daşıyan ruhani.
MİTRAİZM
MİZAN-TƏRƏZİ
OBASTAN VİKİ
Mitropolit
Mitropolit (yun. μητροπολίτης və ya μητρόπολις – metropoliyadan olan adam) — bir sıra xristian kilsələrində, o cümlədən pravoslav kilsəsində patriarxdan sonra ali ruhani rütbə. Herbermann, Charles, ed. (1913). "Metropolitan" . Catholic Encyclopedia. New York: Robert Appleton Company. Правительственная иерархия епископской степени: Прот. В. Цыпин. Церковное право.
Bar Sauma (mitropolit)
Nisibisli Foma Bar Sauma (klass. süry. ܒܪܨܘܡܐ, hərf. "oruc oğlu", "daha sürətli"; yun. Βαρσοῦμας; V əsr, Şanlıurfa – 491, Nüseybin) — Nisibis yepiskopu. İlk illərində kölə olmuş, sonra Edessa məktəbində oxumuşdur. Məktəbin himayədarı, Edessa yepiskopu İva Bar Sauma ilə birlikdə nestorianizmin tərəfdarı idi və onunla birlikdə İkinci Efes Məclisinin qərarı ilə Edessadan qovulmuşdu. Xalkidon Məclisində hər ikisi bəraət qazanaraq Edessaya qayıtmış, lakin İvanın ölümündən sonra Bar Sauma yenidən Edessanı tərk edib Persiyaya qayıtmağa məcbur olmuşdur. Bar Sauma şah Firuz ilə yaxın əlaqələr qurmuş, onun himayəsində kilsə təsis etmiş və Nisibis yepiskopu olmuşdur. O, Nisibisdə bir ilahiyyat məktəbi yaratmış, sonralar Mopsuestiyalı Feodorun ruhunda ekzegetika əsərləri və Şərqi Asiyada nestorianlığı yayan missionerlər üçün populyar olmuşdur. Bar Saumanın fəaliyyəti sayəsində nestorianlıq uzun müddət Sasani dövlətində xristianlığın yeganə forması olaraq qalmışdır.

Digər lüğətlərdə