MOLOKAN

bax malakan.
MOLLANÜMA
MOLOKANLIQ
OBASTAN VİKİ
Molokan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Molokanlar
Malakanlar (rus. Молокане [Molokane], gürc. მალაკნები [Malaknebi], erm. Մոլոկաններ [Molokanner], ukr. Молокани [Molokanı], türk. Malakanlar) — xristianlığın pravoslav qolunun sektalarından biri. XVIII əsrin ikinci yarısında Rusiyada yaranmışdır. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimi adi evlərdə keçirirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. 1820-ci ildən başlayaraq, malakanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər.

Digər lüğətlərdə