MORFOMETRİYA

(yun. morphe-forma və metreo-ölçürəm) geomorfologiyanın bir sahəsi olub, yer səthi relyef formalarının kəmiyyətcə səciyyələndirilməsi (uzunluq, sahə, həcm, yüksəklik, dərinə parçalanma və parçalanmanın sıxlığı və s.) üsuluna həsr olunmuşdur. M. göstəricilər əsasən topoqrafik xəritələrdən və aerofotomateriallardan istifadə etməklə əldə edilir. морфометрия morphometry
MORFOMETRİK ÜSUL
MORFOSİKL
OBASTAN VİKİ
Morfometriya
Morfometriya-(ing. Morphometrics) Yer səthinin relyef formalarını (sıra dağların və aşırımların hündürlüyünü,sahələrini və müxtəlif formaların səthini, dağ yamaclarının və dərələrin meylini, relyefin mənfi formalarının həcmini və s.) miqdar və hündürlük cəhətdən öyrənən və relyef elementlərini müxtəlif kəmiyyət göstəriciləri ilə (orta, maksimum və minimum) səciyyələndirən elmdir.

Digər lüğətlərdə