Mormonlar
Mormonlar (ing. Mormons, tək halda mormon — Mormon) — Mormonizmə inanan etnodini qrup.
XIX əsrin ilk yarısında Şimali Amerikada qurulmuş olan çox dəyişik, geniş ölçüdə tepkilər yaratmış bir xristian məzhəbinə "mormon", bu məzhəbdən kimsələrə də "mormonlar" adı verilir. Məzhəbin əsl adı "Son Gün Əzizləri Kilsəsi"dir.
"Son Gün Əzizləri Kilsəsi", rəsmi qeydlərə görə 1830-cu ilin 6 aprel günü Nyu-Yorkda, La Fayettede Cozef Smit (1805–1844) adında biri tərəfindən qurulmuşdur. Öz iddiasına görə 14 yaşındaykən vəhy gəlib "Mormon kitabı" üçün təsirlənən Cozef Smit bu kilsəni ilk qurduğunda sadəcə 6 üzvü vardı. Bunlar eyni zamanda qurucu üzvülərdilər.
Quruluşu izləyən dönəmdə böyük çətinliklərlə qarşılaşan, gördükləri etiraz səbəbiylə yerlərini-yurdlarını buraxmaq məcburiyyətində qalan Cozef Smit və onun ardından gedənlər Smitin "Vəd edilmiş torpaqlar" saplantısına uyaraq Qərb yoluna düşdüler. Bunlardan bəziləri Ohayo, bəziləri də Missuriyə getdilər. İçlərindən böyük bir qismi Nauvooda, ilk yerləşik Mormon toplumunu qurduqları İllinoysda yerləşdilər.