Moschus moschiferus
Müşk maralı, Qabarğa və ya Sibir geyiki (lat. Moschus moschiferus) — qabarğalar (Moschidae) fəsiləsinə aid maralabənzər gövşəyən heyvan növü.
Vasili Radlova görə rus dilindəki Кабарга sözü Teleüt, Şor və Sağay dillərindəki Tabırğa sözündən gəlib.. Bu türk mənşəli sözdür.
Qabarğa növünün 4-6 yarımnövü var. Bəzi təsnifatlarda bu yarımnövlər ayrıca növ kimi göstərilir.
Qabarğanın bədəninin uzunluğu 1 m, quyruğunun uzunluğu 4—6 sm, süysününün hündürlüyü 70 sm-ə qədər, kütləsi isə 11—18 kq olur.
Qabarğanın buynuzları olmur.
Qabarğa Himalay və Tibet dağlarının şərqindən Şərqi Sibir, Koreya və Saxalinə kimi olan sıldırım qayalıqları və iynəyarpaqlı meşələr olan ərazılərdə yayılmışdır. Təqribən dəniz səviyyəsindən 600–900 m, nadir hallarda 1600 m yüksəklikdə yaşayır.