Demet Mutlu
Demət Mutlu (türk. Demet Mutlu; d. 22 avqust 1981, Nyu-York, Nyu-York ştatı) — Trendyol alış-veriş saytının qurucusu və CEO-su olan Türkiyəli sahibkar.
Demət Mutlu 22 avqust 1981-ci ildə ABŞ-da anadan olub. Demət Mutlu Nyu-York Universitetinin iqtisadiyyat faküktəsini bitirmişdir. 2008-ci ildə Harvard Business School-da biznesin idarə olunması üzrə magistr təhsili almışdır. 2009-cu ildə təhsilini yarımçıq buraxaraq Trendyolu qurdu.
Demət Mutlu Fortune-nin ən perspektivli qadın sahibkarları, Fortune 40 yaşın altındakı 40, Business of Fashion 500 Mükafatı, Texnologiyada ən çox ilham verən 50 qadın, Fortune ən güclü 50 qadın, Texnologiyada ilk 100 qadın, və Ekonomist jurnalı tərəfindən 2013-cü ilin sahibkarı seçildi.
2011-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Qlobal Şəkilləndirici seçildi, Türkiyədəki Qlobal Şəkilləndiricinin qurucu üzvlərindən biri oldu və 2012-ci ildə Davos-a qatıldı. 2016-cı ildə Dünya İqtisadi Forumu tərəfindən Gənc Qlobal Lider seçilmişdir.