MÖVCUDAT

top. [ ər. “mövcud” söz. cəmi] Var olan bütün şeylər; varlıqlar, kainat.
Qüvvəyə bağlıdır aləmdə həyat; Qüvvədən nəşət edir mövcudat. A.Səhhət.
Buludlar yox oldu, mövcudata həyat bəxş edən günün gözəl şüalarını aldıq. T.Ş.Simurq.

MÖVCUD
MÖVCUDİYYƏT

Значение слова в других словарях