MƏNAT

cahiliyyə dövründə ərəblərin tapındıqları ən böyük bütlərdən biri olmuşdur. Bu büt Məkkə və Mədinə arasında olan Qudeydə bölgəsində yerləşirdi. Ona daha çox Evs və Xəzrəc qəbilələri tapınırdılar. Məkkənin fəthindən sonra Əli ibn Əbu Talib Məhəmməd peyğəmbərin buyuruğu ilə bu bütü məhv etmişdir.
MƏMLÜKLƏR
MƏNN VƏ SƏLVA
OBASTAN VİKİ
Mənat
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.

Digər lüğətlərdə