MƏRBUT
MƏRCAN
OBASTAN VİKİ
Aşağı Mərcanlı
Aşağı Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Bataqlıq mərcanı
Bataqlıq mərcanısı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Böyük Mərcanlı
Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir. == Toponimikası == Böyük Mərcanlı Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur. == Əhalisi == === Tanınmış şəxsləri === Kazım Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı Çərkəz Məcid — şair, yazıcı, tənqidçi Həsənov Qaryağdı Ziyad oğlu — görkəmli partiya işçisi, diplomat və jurnalist Nizami Yolçuzadə Xanış Rüstəmov — müəllim, Müsavat partiyasının üzvü, 1937-ci il repressiyalarının qurbanı İsmət Rüstəmov — ingilis dili müəllimi, filologiya elmləri namizədi, dosent, tərtibatçı Mahmud Quliyev — Cəbrayıl rayonunun keçmiş İcra başçısı == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Böyük mərcan rifləri
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Dördləçək mərcanı
Vaccinium oxycoccos (lat. Vaccinium oxycoccos) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Həmişəyaşıl kolcuq bitkisi olub, döşənən, sürünən vegetativ gövdəli olub, uzunluğu 80 sm-ə qədər olmaqla, üzərində çiçəklər və çətirşəkilli çiçəkqrupu vardır. Yarpaqları növbəli, qısasaplaqlı, dəricikli, aşağı kənarları bükülərək uzunsov-yumurtavari, yuxarı hissəsi parlaq, tünd-yaşıl, aşağıdan isə ağımtıl-göydən, mum rənginə qədər dəyişir. Çiçəkləri düzgün dördtilli olub, çiçək tacı çəhrayıdır. Meyvələri şirəli, tünd qırmızı olub, müxtəlif formalı (şarşəkilli, uzunsov-yumurtavari, armudşəkilli) göyümtül çalarlı və turş dadlıdır. İyun-iyul aylarında çiçəkləyir. Meyvəsi avqustun sonundan oktyabrın ortalarına qədər yetişir və yaza qədər bitkinin üstündə qalır. Sfaqnum, torf və cil-tüklücə-sfaqnum bataqlıqlarında, seyrək meşə, bəzən bataqlaşmış yerlərdə yaşayır. Meyvəsi yetişməyə başlayandan (avqustun sonu) qar yağana qədər, yazda isə qar əriməyə başladıqda əl ilə toplamaq lazımdır.
Dördşüalı mərcanlar
Dördşüalı mərcanlar (Tet­ra­­­coralla) - tək və kaloniya halında yaşamış, əsasən karbonat skeleti olan kökü kəsilmiş paleozoy mərcanları == Haqqında == Koloniyalar monomorfdur. Massiv tipli koloniyalar prizmatik korallitlərdən, kolşəkilli tip isə slindirik və çox nadir hallarda, üçüzlü piramidal korallitlərdən ibarət olmuşdur. Tək dördşüalı mərcanlar silindirik, konusvari üç və dördüzlü piramidal formada olub, eni 3-6 sm, hündürlüyü 25 sm çatırdı. Korallitin daxili boşluğunda müxtəlif skelet elementləri (septalar, dib, qovuqlar - dissepimentlər, stuncuqlar) yerləşir. Tək (bəzən kalonial) tetrakorallarda, xaricindən üst kənarına qədər çatan konsentrik qırışıqlı örtük (epiteka) olur və buna görə dördşüalı mərcanlar çox vaxt rugoza (lat. rugoza - qırışıqlı) adlandırılır. Dördşüalı mərcanlar başlıca olaraq tropik və subtropik vilayətlərin normal dəniz hövzələrinin üst sublitoral sahələrində yaşamış və mərcan əhəndaşlarının və rifogen qurumların yaranmasında iştirak etmişdir. Tetrokorallar, gec ordovikdən başlayaraq, paleozoyun biostratiqrafiyası üçün böyük əhəmiyyəti olan fossillərdir. == Həmçinin bax == Mərcan polipləri Paleozoy Fosil == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Dərman mərcanotu
Dərman poruğu (lat. Stachys officinalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü.
Mərcan adaları
Mərcan adaları (ing. Coral island)- Ya zəlzələ, ya suyun səviyyəsinin qalxması, ya da yer qabığının yerdəyişməsi nəticəsində materiklərdən ayrılanlar, vulkan lavalarının və mərcan kaloniyalarının ölmüş qalıqlarinin üst-üstə yığılıb qalmasından yaranan adalar. Mərcan adaları əsasən altışüalı mərcan poliplərinin və qırmızı yosunların qalıqlarının üst-üstə yığılması nəticəsində yaranır. Ekvator və tropik qurşaqlarda, suyun temperaturu il boyu 200 C-dən yuxarı olan sahələrdə geniş yayılmışdır.
Mərcan adası (Sinqapur)
Mərcan adası (ing. Coral Island) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Sentosa adasından cənub-qərbdə yerləşir. Ada bahalı istirahət ərazilərdindəndir. Burada burada villalar, kazinolar, çimərliklər, Kempinq üçün yerlər vardır.
Mərcan dənizi
Mərcan dənizi — Sakit okeanda yerləşən dəniz. Dəniz Avstraliya, Yeni Qvineya, Yeni Kaledoniya sahəlləri arasında yerləşir. Dənizin sahəsi — 4 791 000 km²-dir. Maksimal dərinlik 9140 m-dir. Dənizdə çoxsaylı mərcan rifləri və adalar mövcuddur: Uillis adaları, Treqross, Bampton, Çesterfild. Dünyada ən böyük mərcan rifi olan Böyük Sədd rifi burada yerləşir. Əsas limanlar: Kerns, Port-Morsbi, Numea.
Mərcan dənizi adalarının ərazisi
Mərcan dənizi adalarının ərazisi (ing. Coral Sea Islands Territory) — Avstraliyanın Kvinslend əyalətinin şimal-şərqindəki Mərcan dənizinin kiçik və əsasən yerləşməmiş tropik adaları və qayalarının qrupuna daxildir. Bu adaların hamısı Avstraliya xaricindədir. == Coğrafiyası == Adalar tərəfindən işğal edilən dəniz sahəsinin ümumi sahəsi 780 min km²-dir. Torpaq sahəsi — 10 km²-dən az. Onlar Herald və Bekon adaları, Osprey qayaları, Uillis adaları qrupu və on beş digər qaya qrupları və adalar daxil olmaqla Böyük Sədd rifinin şərqində və cənubunda yerləşirlər. == Tarixi == XVIII–XIX əsrlərdə dənizçilər üçün çox ciddi bir təhlükə təmsil etdilər, Mərcan dənizinin dibi ölü gəmilərin əsl qəbiristanlığıdır. 1921-ci ildə adalarda meteoroloji stansiya yaradıldı. 1969-cu ildə adalar Avstraliya ərazisi elan edildi. 1982-ci ildən Lixou və Korinq rifləri, 1987-ci ildən isə Elizabet və Middlton Seylor qayaları Avstraliyanın milli qoruqları elan edildi.
Mərcan lili
Mərcan polipləri
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. == Mərcan rifi tipləri == Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: === Sahil rifləri === Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Mərcanabad (Qoşaçay)
Mərcanabad (fars. مرجان اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 468 nəfər yaşayır (101 ailə).
Mərcangilə
Mərcangilə (lat. Vaccinium vitis-idaea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. Mərcangilə yarımkol bitkidir. O, boyca xırda, 25-30 sm hündürlükdə, həmişə yaşıl, yerlə sürünən incə kökümsovlara malikdir. Onun açıq-çəhrayı rəngli, salxıma düzülmüş gözəl çiçəkləri və nəzəri cəlb edən qırmızı rəngdə giləmeyvələri vardır. Meyvələri yetişdikcə pıl-pıl qızarır, turşuluğu azalır, şirinliyi isə artır. Mərcangilə may-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvələri yetişir. Mərcangilənin xoşa gələn turşməzə dadlı qırmızı və ya çəhrayı rəngli meyvələri vardır. Elmi təbabətdə mərcangilənin yarpaqlarından daha geniş istifadə olunur. Bitki çiçək açmadan qabaq yarpaqlar toplanır.
Mərcani məscidi
Mərcani məscidi — Rusiyanın daxilində muxtar dövlət olan Tatarıstanın paytaxtı Kazanda yerləşən məscid. həmçinin əl-Mərcani, Marcani və Mərdcan deyə tələffüz edilir. Məscid 1766-1770-ci ildə Rusiya imperiyası imperatriçası Katerinanın və yerli şəhər əhalisinin ianələri hesanbına tikilmişdir. Məscid hal-hazırda Mərcani adlandırılır. Məscidə Mərcani adı burada 1850-ci ildən imam kimi işləyən Şəhabətdin Mərcaninin adından götürmüşdür. == Haqqında == Əvvəllər kafedral məscid idi. 1766-1770-ci illərdə rus çariçası II Yekaterina tərəfindən şəhərin müsəlman əhalisinə ərmağan edilmişdir. Rusiya imperiyasının müsəlman əhaliyə qarşı etdiyi zülümlərdən sonra tikilməsinə icazə verilən ilk məsciddir. Kazandakı ən qədim məscid olan Mərcani məscidi Sovet hakimiyyəti dövündən də salamat çıxmağı bacarmışdır. Ənənəvi tatar orta əsrlər memeari üslubu ilə barokka stilində inşa edilmişdir.
Mərcanlar
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Mərcanlı
Azərbaycanda
Mərcanlı (Üskü)
Mərcanlı (fars. مرجانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (84 ailə).
Qara mərcanlar
Qara mərcanlar və ya antipatarilər (lat. Antipatharia) — Dəniz bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Bir-birinə bərkidilmiş ağacabənzər koloniyalar əmələ gətirən xırda (0,5–3 mm-ədək) poliplərdir. Əsasən, tropik dənizlərdə 10–1000 m. dərinlikdə yaşayır. 150-dək növü var. Qara mərcanın skeleti bəzək məmulatının hazırlanmasında istifadə olunur.
Qırmızıqanad mərcimək quşu
Səkkizşüalı mərcanlar
Səkkizşüalılar (lat. Octocorallia) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub yarımsinfi. Ancaq kolonial formalarla (qədim və müasir) təmsil olunmuşdur. Müasir səkkizşüalı mərcanlar qırmızı, qara və mavi mərcanlar, həmçinin dəniz lələkləri daxildir. Kaloniyalar adətən müxtəlif formalı massiv-budaqlı polimorf və funksional fərdlərdən təşkil olunmuşdur. Bu mərcanların qastral boşluğu 8 arakəsmə ilə ayrılır. 8 qol çıxıntısına malikdir.Adi poliplərin və ya qida poliplərinin səkkiz lələkvari — haçalanan qolları (barmaqlar), səkkiz mezenteriyası və yarıqşəkilli ağız dəliyi vardır. Oktokoralların çoxu xarici (ektodermal) mənşəli, lakin adətən daxili (mezoqleal) vəziyyətli buynuz, karbonat və ya qarışıq karbonat — buynuz skeletli olur. Səkkizşüalı mərcanlar yalnız normal dəniz hövzələrində müxtəlif dərinliklərdə, hətta dərinsu novlarında məskunlaşır. Onların koloniyaları əsasən hərəkətsiz bentosa aiddir.

Значение слова в других словарях