NÖVRƏS

sif. [ fars. ]
1. Yeni yetişmiş, təzə, novbar. Növrəs meyvə.
2. bax növrəstə.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə. Füzuli.

NÖVRAQ
NÖVRƏSİDƏ
OBASTAN VİKİ
Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)
Əbdürrəzzaq Növrəs— XVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır.
Növrəs İman
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq. Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur.
Mirzə Ələsgər Növrəs
Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi. Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı. Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib.
Nurlan Növrəsli
Nurlan Növrəs oğlu Növrəsli (16 iyul 1984, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar Artisti (2016). Nurlan Növrəsli 16 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. 1993–2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kaman və xanəndəlik sinfində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatı olmuşdur. Nurlan Növrəslinin 3 qardaşı var. Şahin Növrəsli cazmen, bəstəkar və pianoçu kimi fəaliyyət göstərir. O, Azərbaycan Respuklikasının Əməkdar Artistidir. O biri qardaşı Arslan Növrəsli tar ifaçısı və Milli Konservatoriyanın müəllimidir.
Növrəstə Haşımova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Növrəstə Həşimova
Növrəstə Xankişi qızı Haşımova (26 noyabr 1954) — Aktrisa. Növrəstə Həşimova 27.11.1954 -cü il tarixində anadan olub. 1973-1977 -ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" fakültəsində təhsil alıb. Növrəstə Həşimovada teatr sənətinə olan maraq hələ uşaqlıq illərindən özünü göstərmişdir. Orta məktəbdə oxuduğu illərdə o, C.Cabbarlı adına mədəniyyət evində fəaliyyət göstərən Xalq teatrında bir çox müxtəlif səpgili rollarda oynamışdır. N.Həşimova teatr sənəti ilə yanaşı həm də xalq mahnılarının gözəl ifaçısıdır. O, SSRİ Mədəniyyət Nazirliyinin “Mədəniyyət əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. 1973-cü ildən bu günə kimi Sumqayıt Dövlət Dram Teatrında çalışan N.Həşimova onlarca səhnə obrazı yaratmış və tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Sumqayıt teatrında işlədiyi dövrdə N.Həşimova milli dramaturqların əsərlərində yaratdığı obrazlarla yanaşı həm də rus və xarici ölkə dramaturqlarının səhnə qəhrəmanlarının həllində yaddaqalan obrazlar yarada bilmişdir. Onun səhnə obrazları öz təbiiliyi, xarakterik cizgiləri ilə seçilir.
Növrəstə Quliyeva
Növrəstə Bağır qızı Quliyeva (1906—3 fevral 1982) — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). Növrəstə Quliyeva 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Kəngərli rayonu) Qarabağlar kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1933-cü ildə Karl Marks adına İliç rayon kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 1 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1952-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Növrəstə Quliyeva 3 fevral 1982-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Növrəstə Yusifova
Növrəstə Yusifova — Qarabağ müharibəsi iştirakçısı, ilk snayper qadın. Növrəstə Yusifova 1952-ci ildə Bakı şəhərində anadan olubdur. Bakı Maliyyə Kredit Texnikumunu bitiribdir. Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çenpionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olubdur. 1992–1994-cü illərdə Qarabağ müharibəsində snayper olubdur. 1998-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edir. Hazırda cəmiyyətin 2892 üzvü var. [1] O, Azərbaycan milli ordusunun ilk snayperçi xanımlarındandır.
Şahin Növrəsli
Şahin Növrəsli (10 fevral 1977, Bakı) — caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti. Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub. Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir.
Arslan Növrəsli
Arslan Növrəsli (24 aprel 1981, Bakı) — azərbaycanlı tar ifaçısı, tarda ilk dəfə harmonik jazz standartları ifa edən tarzən. Qarabağ Universitetinin İncəsənət fakültəsinin "İnstrumental ifaçılıq və musiqi müəllimliyi" kafedrasının müdiri. == Həyatı == Arslan Növrəsli 1981-ci il aprel ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Arslan Növrəsli — Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, tarzən Sərvər İbrahimov (muğam) və Məhərrəm Məmmədovun (not ixtisası) sinfində təhsil almış, bu illərdə dövlət əhəmiyyətli tədbirlərdə çoxsaylı çıxışlar etmiş, öz yaşıdları arasında keçirilən müsabiqələrin qalibi, I yerlərin sahibi (VII Respublika müsabiqəsi, "Muğam-99" və s.) olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, son kursda ikən Azərbaycan Milli Konservatoriyasının yaranması səbəbilə təhsilini AMK-da davam etdirmiş, əvvəlcə bakalavr (2003), sonra isə magistr pilləsini (2005) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimov (not ixtisası) və Azərbaycan Respublikasının əməkdar artisti, professor Vamiq Məmmədəliyevin (muğam) sinfi üzrə fərqlənmə ilə bitirmişdir. 2004-cü ildən etibarən Azərbaycan Milli Konservatoriyasında çalışır. 2020-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir. == Ailəsi == Arslan Növrəsli XIX əsrin tanınmış Qarabağ şairi Mirzə Ələsgər Növrəsin kötücəsi, Azərbaycanda tanınmış musiqiçilər ailəsi — Növrəsli qardaşlarından biridir. Ulu babası Mirzə Ələsgər Növrəs Azərbaycan şairəsi Xurşidbanu Natəvanın rəhbərlik etdiyi "Məclisi Üns" ədəbi dərnəyin fəal iştirakçılarından biri olmuş, həm də Mir Mövsüm Nəvvabın rəhbərlik etdiyi "Məclisi Fəramuşan"un daimi qonaqlarından idi. Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani zamanında Növrəsə şeirlə yazdığı məktubunda "Səlam olsun sənə, ey Kəbeyi-əhli-səfa, Növrəs" sözləri ilə Şamaxı ədəbi məktəbinin şairlərinin, "Səfa" cəmiyyətinin üzvlərinin onun yaradıcılığına hörmət və ehtiramını ifadə edib.

Значение слова в других словарях