NƏVAZİŞKAR [ fars. ] bax nəvazişli 1-ci mənada. Nəvazişkar ana. – Nizami gülümsəyərək nəvazişkar bir surətdə vəliəhdə yanaşıb: – Özünü şaşırma, – dedi. M.S.Ordubadi. Tahir Lətifənin nəvazişkar cavabından ürəklənərək elə bil açıqdan-açığa ona təşəkkür etmək istədi… M.Hüseyn.