Nəzik

Çörək növünün adıdır. Kəlbəcər, Marneuli, Qazax, Dmanisi, Gəncə, Culfa dialekt və şivələrində “yağ və südlə bişmiş çörək” mənasında işlənir: - Anam yolçun ma nəzik pişirif (Marneulu); - Nəzik şirin olur (Qazax); Sabah çay ilə nəzik yidim (Gəncə); Toyda nəzik çörək payladılar (Kəlbəcər). (1, 339) Qərbi Azərbaycanın Çəmbərək, Kalinino, İrəvan, Vedi, Zəngibasar şivələrində 2 mənada işlənir: 1) “yağ və südlə bişirilmişçörək (üzərinə yumurta çəkilir) (Çəmbərək, Kalinino); 2) “nazik yuxa” (Çəmbərək, İrəvan, Vedi, Zəngibasar) (10, 288)
Neçə rəngli plov
Nınnıx boranısı