Nabel

der; -s, - göbək
Nabe
Nabelbruch
OBASTAN VİKİ
Achillea nabelekii
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Astragalus nabelekianus
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. == Botaniki təsviri == 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. == Ekologiyası == Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. == İstifadəsi == Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir.