NAİL
NAİM
OBASTAN VİKİ
Nailə
Nailə — Azərbaycan adı. Nailə Bağırova — Azərbaycan iqtisadçısı və dövlət xadimi Nailə Vəlixanlı — tarix üzrə elmlər doktoru, professor Nailə Sultan (II Əbdülhəmidin qızı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Əsgərzadə — Azərbaycan əsilli Rusiya jurnalisti Nailə Mehdibəyova — Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mirməmmədli — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Dadaşova — kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Nailə İslamzadə — televiziya aparıcısı, Azərbaycanın əməkdar artisti (1998). Nailə Rəhimbəyli — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Nailə İsayeva — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru Nailə Allahverdiyeva — Rusiya art-meneceri, rəssam Nailə Musayeva — Azərbaycan Memarlıq və İnşaat Universitetində alim.
Nailə Allahverdiyeva
Nailə Allahverdiyeva (15 mart 1978, Sverdlovsk) — Rusiya art-meneceri, rəssam, Sergey Kuryöxin mükafatı laueratı Nailə Allahverdiyeva 15 mart 1978-ci ildə anadan olmuş, 1999-cu ildə M. Qorki adına Ural Dövlət Universitetini bitirmişdir. 1998-ci ildə İ. Babaes, E. Krjibitski, İ. Lyapnev gənc sənətşünaslar Assosiasiyasının üzvləri ilə birlikdə Yekaterinburqda yerli bədii səhnə vasitəsilə antifeminist təbliğatı genişləndirmək məqsədilə "Setkin mühasirəsi" art-qrupunu yaratmışlar. Qrup az fəaliyyətində əsas diqqəti qadın problemləri ətrafında mərkəzləşdirməyə çalışırdı. 2003-cü ildə "Setkin mühasirəsi: qrupu ArtKlyazma festivalında iştirak etmişdir. Nailə Allahverdiyeva Perm Dizayn inkişaf Mərkəzində direktor müavini vəzifəsində çalışmış. və Perm "Teatr-Teatr" qrupunun fəaliyyətini əlaqələndirmişdir. 8 aprel 2013-cü ildə o, Sergey Kuryöxin adına mükafatla təltif edilmişdir. 2005 — Klaviatur abidəsi (A. Sergeyevlə birlikdə) kurator layihəsi, Yekaterinburq 2011 — "Red People", Perm. 2012 — "Gəlinlərin siması. Qazaxıstanın müasir incəsənəti", Perm.
Nailə Bağırova
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı. Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir. 1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır. Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.
Nailə Dadaşova
Dadaşova Nelli Hacı qızı (17 avqust 1947, Bakı) — Azərbaycan kino montajçısı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Dadaşova Nailə Hacı qızı 1947-ci ilin avqustun 17-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhər 26 saylı orta məktəbə daxil olub və 1965-ci ildə bitirib. 1967—72-ci illərdə M.F.Axundov adına Pedoqoji İnstitutunun filologiya fakultəsində təhsil alıb. Nailə Dadaşova 1964-cü ilin noyabrın 20-dən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının səs yazma sexində səs yazma texniki kimi işləməyə başalayıb. 1973-cü ildə isə kinostudiyanın montaj sexinə keçib. Dövrünün ən məşhur Azərbaycan filmləri üzərində işləyən Nailə Dadaşova tez bir zamanda adi montajçıdan ali dərəcəli kinemantajor rütbəsinə yüksəlib. Onlarla sənədli, bədii və cizgi filmini montaj edib. 2004-cü ildə isə təqaüdə çıxıb. 40 il iş təcrübəsi olan Nailə Dadaşova hələ də fəaliyyətini davam etdirir.
Nailə Mehdibəyova
Mehdibəyova Nailə Baxış bəy qızı (1935)—Azərbaycan televiziyasının ilk diktorlarından Nailə Mehdibəyova 1935-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Orta məktəbi bitirəndən sonra ADU-ya qəbul olmuşdu. Universitetin kimya fakültəsini tamamlayandan sonra bir müddət Azərbaycan Dövlət Televiziyasında diktor işləmişdi. Sonra Moskva şəhərinə köçüb SSRI Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində bələdçi kimi çalışmışdı. Az sonra Moskva şəhərində 74 nömrəli məktəbdə kimya fənnindən dərs deyir, göstərdiyi bilik, bacarıq, çalışqanlığa görə direktor seçilir. Nailə xanım Şamil Budaqovla ailə qurub. Lalə və Aliyə adlı qızları var.
Nailə Mirməmmədli
Nailə Mirməmmədli (23 may 1961, Bakı – 4 yanvar 2021, Bakı) — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur. Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib. Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib "Qurd qapısı" məzarlığında dəfn olunub. Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. Sənətçi 2001-ci ildə atasını itirib.
Nailə Mirzəyeva
Nailə Bəhmən qızı Mirzəyeva — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru. Mirzəyeva Nailə Bəhmən qızı 14 yanvar 1939-cu ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1966-cı ildə AMEA Zoologiya institutunun “Entomologiya” laboratoriyasının əyani aspirantı olmuş, 1971-ci ildə “Lənkəran bölgəsinin yarpaqyeyən böcəkləri” mövzusunda namizədlik dissertasiyası (Bakı), 2003-cü ildə “Azərbaycanın yarpaqyeyən böcəkləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə etmişdir. 1969 - 1994-cü illərdə “Entomologiya” laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi olmuş, 1994-cü ildən 2016-cı ilə kimi Zoologiya institutunun elmi katibi vəzifəsində çalışıb. Mirzəyeva Nailə Bəhmən qızı İnstitutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramına daxil olan 10 elmi - tədqiqat mövzularının yerinə yetirilməsində iştirak etmişdir. Onlardan “Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri”, “Lənkəran təbii vilayətində meşə ağaclarına zərərverən ksilofaq - böcəklər”, “Meyvə və meşə ağacların zərərvericilərinə qarşı bioloji mübarizədə entomofaqların arealdaxili köçürülməsi” və s. N.B.Mirzəyeva 1966-cı ildən indiyə kimi Azərbaycanın bütün bölgələrində yarpaqyeyən böcəklərin yayılmasını, müxtəlif aqrosenozlarda yarpaqyeyənlərin qida əlaqələrini, zərərverən böcəklərin bioekologiyasını, onların parazit və yırtıcılarını tədqiq edərək onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlamışdır. Bu tədqiqatlar kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə tətbiq edilmişdir. O, 384 növün zoocoğrafiyasını, onların formalaşması yollarını araşdırmış, bir cinsi təftiş etmişdir.
Nailə Musayeva
Musayeva Nailə Fuad qızı (7 sentyabr 1957, Bakı) — Azərbaycan Memarlıq və İnşaat Universitetində "İnformasiya texnologiyaları və sistemləri" kafedrasının professoru, Texnika elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri. Musayeva Nailə Fuad qızı 7 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Tətbiqi riyaziyyat" ixtisası üzrə istehsal proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olmuş, 1979-cu ildə təhsilini bitirmişdir. 1979–1983-cü illər ərzində "Azərelektroterm" istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışmışdır. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 05.13.07 — "Texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması" ixtisasına aspirant olaraq qəbul olmuşdur. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə 1994-cü ildə N.F. Musayevaya "Texniki sistemlərdə idarəetmə" ixtisası üzrə böyük elmi işçi adı verilmişdir. 1997-ci ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Hesablama texnikası və istehsalat proseslərinin avtomatlaşdırılması" kafedrasının dosenti təyin olunmuşdur. 2002-ci ilin martında doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə 2003-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Nailə Nəzirova
Nelya (Nailə) Məhəmməd qızı Nəzirova — baletmeyster, rəqs quruluşçusu, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ dövlət mükafatları laureatı (1974, 1980). 1956-cı ildə Bakı xoreoqrafiya məktəbini (Qəmər Almaszadə, Tatyana Amiraqo yetirməsi), 1969-cu ildə isə Moskvadakı GİTİS-in (Dövlət Teatr İncəsənəti İnstitutu) baletmeyster bölməsini bitirib.. Fikrət Əmirovun ölümündən sonra köçüb Fransaya və orada ermənikökənli sovet, fransız müğənnisi Jak Duvalyan ilə evlənib.
Nailə Rəhimbəyli
Nailə Rəhimbəyli (21 iyul 1968, Kirovabad) — AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdürü, sənətşünaslıq üzrə elmlər doktoru, professor. Nailə Rəhimbəyli 21 iyul 1968-cı ildə Gəncə şəhərində anadan olub. 1992-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Tarix-nəzəriyyə» fakültəsinin musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Bitirərkən musiqişünas, musiqi fənləri üzrə müəllimə, tədqiqatçı və mühazirəçi ixtisasları verilmişdir. 1987-1999-cu illər ərzində Gəncə Q.Hüsenli ad. orta ixtisas musiqi texnikumunda, 1999-2016-çı illərdə isə Bakı Musiqi Akademiyasında «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasında çalışıb. 2004-cü ildən bu günə kimi AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, 2014-cü ildən isə “Musiqi folkloru” söbəsinin müdürü vəzifəsində işləyir. 2000-ci ildə «Şəmsi Bədəlbəylinin yaradıcılığı kontekstində Azərbaycanda musiqili teatrın yaranması və inkişafı» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, sənətşünaslıq elmləri namizədi elmi dərəcəyə layiq görülmüşdür. 2012 – ci ildə “Aşıq Qərib” dastanının melo-poetik xüsusiyyərləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəyəsini alıb. 2007-ci ildə isə Ali Attestasiya Komissiyası tərəfindən dosent, 2017-ci ildə isə professor elmi ada layiq görülüb.
Nailə Sultan
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nailə Vəlixanlı
Nailə Məmmədəli qızı Vəlixanlı (25 dekabr 1940, Bakı) — tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2001); AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), akademik. 1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur. 1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur. 1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1970–2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda , Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi", "İslam tarixi", "Ümumi tarix", "Azərbaycan tarixi", "Asiya və Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı" və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir. 1998-ci ilin iyul ayından AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru təyin olub. 2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir.
Nailə İsayeva
Nailə İsayeva (29 may 1947, Quba – 3 aprel 2021, Bakı) — pedaqoq, Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin həmtəsisçisi, qurucu direktoru (2000–2010-cu illərdə), İdarə heyətinin sədri, Xəzər Universitetinin həmtəsisçisi (2012), Xəzər universiteti Direktorlar və Qəyyumlar Şurasının humanitar və təşkilati işlər üzrə müşaviri (2010-cu ildən başlayaraq) və mahnı bəstəçisidir. Nailəxanım Əsgərli 1947-ci il may ayının 29-da Azərbaycan SSR, Quba şəhərində anadan olmuşdur. Atası İsmayıl Əsgərli Qubalıdır, maliyyəçi olub, məsul vəzifələrdə çalışmışdır. Anası Bilqeyis xanım Şəmkirlidir (Şamxorludur), Əli Bayramov adına qadınlar klubunun fəal üzvü olmuş, Quba rayonunda qadınlar arasında ictimai iş aparmış, Respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Nailəxanım Bakıda Bakıda məktəb təhsilinə başlamış (1954), paralel olaraq musiqi məktəbində, fortepiano sinfində oxumuşdur. Orta məktəbin son sinfini Qubada rus məktəbində oxumuş, məzun olmuşdur (1965). Ümumtəhsil məktəbi ilə yanaşı musiqi məktəbində, fortepiano sinfində təhsil almışdır. Quba Musiqi Məktəbində müəyyən fasilələrlə fortepiano sinfi üzrə müəllim vəzifəsində çalışmışdır (1963-1966). Hamlet İsayev (İsaxanlı) ilə nişanlanmış (01.01.1970), evlənmiş, Bakı və Gürcüstanda toyu olmuşdur (24-26.11.1970). M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (sonra M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu`nda (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır (1971-1975).
Nailə İslamzadə
Nailə İslamzadə (2 noyabr 1961, Balakən rayonu) — Televiziya aparıcısı, diktor, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar artisti (1998). 1982-ci ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında diktor, aparıcı, jurnalist kimi fəaliyyət göstərib. Bu müddət ərzində dövlət bayramlarına, rəsmi tədbirlərə həsr olunmuş çoxsaylı canlı proqramların, televiziyada çoxsəpkili verilişlərin və "Xəbərlər" proqramının əsas aparıcılarından biri olub. On il ərzində müəllifi və aparıcısı olduğu "Ailələr, talelər" proqramı Azərbaycan televiziya məkanında tok-şounun bu janrında yaranmış ilk veriliş olaraq, Azərbaycan ailəsinin mənəvi, sosial və huquqi problemlərinin həlli yolunda ictimai fikrə istiqamətverici təsir göstərmiş, maarifləndirici, öyrədici tendensiyaya malik olmaqla böyük tamaşaçı rəğbətini qazanmışdır. Bununla yanaşı, bir il ərzində (2011) Türkiyənin TRT AVAZ kanalının dəvəti ilə hər həftə türk dilində yayımlanan "İş'te kadın" proqramının müəllifi və aparıcısı olub. 2007-2016-cı illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışaraq, nazirliyin mühum layihələrinə həsr olunmuş filmlərin ssenarilərini yazaraq hazırlayıb. 2014-cü ildən isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış, məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması olan “Kulturaplus” internet televiziyasına rəhbərlik edərək, Azəbaycan tarixi və mədəniyyəti, ölkəmizin dahi şəxsləri haqqında tammetrajlı publisistik və sənədli filmlərin hazırlanmasına rəhbərlik edib. Onların içində, iki böyük şəxsin, Heydər Əliyev və Pantifik İoann II Pavelin əsasını qoyduqları və İlham Əliyev tərəfindən davam etdirilən Vatikanla Bakı arasındakı münasibətlər haqqında bəhs edən “Bakıda messa keçirilə bilər”, blokadada olan Naxçıvanda “Heydər Əliyevlə gecə söhbəti”, dini radikalizmlə mübarizə mövzusundan bəhs edən “Fitnə” və “Şəhadət”, “Vəhdət” adlı filmlərim və Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanan görkəmli yazıçısı Maqsud İbrahimbəyovun həyat və yaradlcılığından bəhs edən və təqdimatında 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi “Əbədi Maqsud” filmlərini misal gətirmək olar. 2019-cu ildən İctimai televiziyada, qısa müddət ərzində tamaşaçı rəğbəti qazanmış “Ötən günlər” verilişinin aparıcısıdır. 1998-ci ildə əməkdar artist adına layiq görülub.
Nailə Əsgərzadə
Nailə Əsgərzadə (ru. Наиля Аскер-пук-заде; tam adı: Nailə Vaqif qızı Əsgərzadə; 13 dekabr 1987, Bakı) — Azərbaycan əsilli Rusiya jurnalisti və televiziya aparıcısı. 1987-ci dekabrın 13-də ildə Bakıda alim və həkim ailəsində doğulub. 2019-cu il dekabrın 2-də Rusiya siyasətçisi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) iddia edib ki, Nailə Əsgərzadə Bombardier Global 6000 biznes təyyarəsindən və 62 metrlik SEA&US yaxtasından istifadə edir. KMF habelə Nailə Əsgərzadəyə aid olan daşınmaz əmlakı araşdırıb. Daşınmaz əmlakın vahid dövlət reyestrindən iki çıxarışdan məlum olur ki, 2015-ci ildən Nailə Əsgərzadə Moskva ətrafındakı "Jukovka-3" kotec qəsəbəsində 53 sot torpaq sahəsinə və sahəsi 923 kvadratmetr olan evə sahibdir. Fond bildirir ki, 2019-cu ilin aprelində Rusiyada mediaya nəzarət edən Roskomnadzor internet resurslarda Rusiyanın VTB dövlət bankı və onun rəhbəri Andrey Kostin, habelə Nailə Əsgərzadə barədə minədək materiala çıxışı bloklayıb. Aprelin 4-də baza nəşri bildirirdi ki, "Yandeks. Dzen" axtarış mühərriki əvvəlcə VTB-yə, sonra isə Nailə Əsgərzadəyə məxsus olan yüz milyonlarla dollarlıq mənzil barədə araşdırmanı internetdən silib.
Nailə Bağırova (dəqiqləşdirmə)
Nailə Bağırova (nazir) — Azərbaycanlı nazir. Nataliya Tağıyeva (Nailə Bağırova) — aktrisa.
Nailə Bağırova (nazir)
Nailə Ağadadaş qızı Bağırova (20 iyun 1939, Bakı – 21 iyul 2020, Bakı) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti (1990–1996), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1989–1990), Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi (1989), Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri (1984–1988), Azərbaycan SSR maliyyə nazirinin müavini (1983–1984), Azərbaycan SSR əməkdar iqtisadçısı. Nailə Ağadadaş qızı Bağırova 20 iyun 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyində katibəlikdən başlamışdır. 1961–1983-cü illərdə burada baş inspektor, sənayenin maliyyələşdirilməsi idarəsində baş iqtisadçı, idarə rəisinin müavini, idarə rəisi, 1983–1984 illərdə Azərbaycan SSR maliyyə nazirinin müavini vəzifələrində işləmişdir. 1984-cü ildə Azərbaycan SSR Dövlət Qiymət Komitəsinin sədri təyin edilən Nailə Bağırova komitə ləğv edilənədək — 1988-ci ilədək bu bu vəzifədə çalışmışdır. 1989-cu ilin yanvar ayından Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini — Baş Qiymət İdarəsinin rəisi, həmin ilin may ayından isə Azərbaycan SSR əhaliyə məişət xidməti naziri olmuşdur. 1990-cı ilin noyabr ayından Azərbaycan Respublikasının "Xidmət" Konserninin prezidenti vəzifəsində çalışmışdır. Nailə Bağırova "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Onun adı İngiltərədə çıxan "Dünyanın işgüzar qadınları" kitabına salınmışdır.
Nailə Sultan (Əbdülməcidin qızı)
Nadilə Sultan (d. 30 sentyabr 1856 - ö. 18 yanvar 1882) - 31. Osmanlı padşahı I Əbdülməcidin Şayəstə Qadınəfəndidən doğulan qızıdır. Bacısı Mədiha Sultanla eyni ildə dünyaya gəlmişdir. Hələ 5 yaşında ikən atası vəfat etdi və Nadilə Sultan əmisi Sultan Əbdüləzizin hərəminə alınaraq burada böyüdüldü. Gənclik illərində tüberklozdan əziyyət çəkən Nadilə Sultan 6 oktyabr 1876 tarixində Dolmabağça Sarayında Çərkəz Mehmed Paşa ilə evləndi. 18 yanvar 1876 tarixində evliliyinin 6-cı ilində hələ övladı belə olmadan vəfat etdi. Məzarı Yeni Məsciddə yerləşir. Onun ölümündən sonra Çərkəz Mehmed Paşa Sultan Əbdüləzizin qızı Əsma Sultanla evləndi.
Nailə Sultan (II Əbdülhəmidin qızı)
Nailə Sultan (9 yanvar 1884, Konstantinopol – 25 oktyabr 1957, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. Nailə Sultan 9 yanvar 1884-cü ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun gürcü əsilli beşinci xanımı Dilpəsənd xanımdır. Adını gənc yaşda vəfat edən bibisi Nailə Sultandan almışdır. Hələ 17 yaşında ikən anası uzun sürən xəstəliyin ardından vəfat etmiş, bu səbəblə atası onun təlim-tərbiyəsinə önəm vermişdir. Mükəmməl saray təhsiliylə yanaşı, piano, arfa və skripka dərsləri də alan Nailə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Şadiyə Sultan və atasıyla birlikdə iştirak edirdi. Sultan Əbdülhəmid daha öncə qızı Zəkiyə Sultanı Qazi Osman Paşanın oğlu Nurəddin Paşayla, daha sonra isə digər qızı Naimə Sultanın paşanın kiçik oğlu Kəmaləddin Paşayla evləndirmişdi. Bu səbəblə evlilik yaşına çatan Nailə Sultanı da paşanın bir digər oğlu olan Cəmaləddin bəylə evləndirmək niyyətində idi. Ancaq Osman Paşanın ani vəfatı, daha sonra isə qızı Naimə Sultanın çıxan eşq skandalından sonra boşanması ilə bu evlilik planı pozuldu.

Значение слова в других словарях