Nalburunlar
Nalburunlar (lat. Rhinolophidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinə aid heyvan fəsiləsi.
Bizim faunanın başqa yarasalarından sifətlərində çılpaq dəri çıxıntıların ("nal" , "neştər", "yəhər"), traqussuz iri qulaqları, enli qanadları ilə fərqlənir. Dişilərdə 2 döş əmziyindən başqa, qasıq nahiyəsində də 2 əmzik vardır ki, bunlar balanın ana bədəninə yapışmasına xidmət edir. Cinsi yetkinliyə 2 və daha artıq yaşında çatır. Fəsiləyə 10 cinsə aid olan 130 növ daxildir. Yeganə eyniadlı nalburun cinsdən olan 80-ə yaxın nalburun Şərq Yarımkürəsinin tropik və subtropiklərində yaşayır. Onlardan ikisi (kiçik və böyük nalburunlar) şimalda İngiltərəyə və Baltik dənizinə qədər çatır.
Rhinolophinae yarımfəsiləsi
Cins Rhinolophus
Hipposiderinae yarımfəsiləsi
Cins Anthops
Cins Asellia
Cins Aselliscus
Cins Cloeotis
Cins Coelops
Cins Hipposideros
Cins Paracoelops
Cins Rhinonicteris
Cins Triaenops
Qafqaz və Azərbaycan ərazisində nalburun cinsinə (lat.