nanokatalizator
nanokristal
OBASTAN VİKİ
Nanokompozit
Nanokompozitlər – struktur əmələ gətirən bərk fazaya (matrisaya) nano ölçülü zərrəciklərin (doldurucunun) daxil edilməsi ilə formalaşan materiallardır. Nanokompozitlər adi kompozit materiallardan doldurucu zərrəciklərin səthinin sahəsinin xeyli şaxəliliyi ilə fərqlənir. Bu zaman doldurucu faza üçün səth/faza nisbəti çox yüksək olur. Mütləq şərt odur ki, doldurucunun zərrəcikləri nanometrik diapazonda yerləşən (1-100 nm), həndəsi ölçülərdən (uzunluq, en və ya qalınlıq) heç olmazsa birinə malik olmalıdır. Kompozit nanomaterialların xassələrinə nanozərrəciklərin təsir xarakteri və onlardan istifadənin istiqaməti nanozərrəciklərin dispersləşdiyi mühitdən matritsanın tipindən) əhəmiyyətli dərəcədə asılıdır.