NANORELYEF

/yun. nanos-çox xırda/ kiçik relyef formaları /hündürlüyü bir neçə on santımetr/. suffoziya-karst, termokarst, donuşluq, erozion, eol və torpaq əmələgətirici proseslərin təsiri, eləcə də heyvanların /ev heyvanları, gəmiricilər, yer eşənlər/ və insanın fəaliyyəti ilə əmələ gəlir. нанорельеф nanorelief
NANOMORFOSTRUKTURLAR
NAVALA
OBASTAN VİKİ
Nanorelyef
Nanorelyef (yun. nanos – "çox xırda") — kiçik relyef formalarıdır, hündürlüyü bir neçə on santımetrdir. Bu relyef formaları mikrorelyef formalarından olduqca kiçikdir və geoloji strukturların ən xırda elementlərinə uyğun gəlir. Misal olaraq, vulkan sopkaları, salzaları, qrifonları və s. göstərmək olar. Suffoziya-karst, termokarst, donuşluq, erozion, eol və torpaq əmələgətirici proseslərin təsiri, eləcə də heyvanların (ev heyvanları, gəmiricilər, yereşənlər) və insanın fəaliyyəti ilə əmələ gəlir.

Digər lüğətlərdə