NARAZI

sif. [ fars. na… və ər. razı] Razı olmayan, narazılıq ifadə edən; qeyri-məmnun, incik. Narazı cavab. Narazı ton.
– Gözəl qız, sənin bu narazı baxışların mənim buradan getməyimi tövsiyə edir. M.S.Ordubadi.

// İs. mənasında.
Çünki məmləkət daxilində yaşayan narazılar sərhəd xaricində olan düşmənlərin müttəfiqləridir. M.S.Ordubadi.

□ Narazı qalmaq (olmaq) – razı düşməmək, razı qalmamaq, məmnun olmamaq, incik düşmək.
Salam Həbibin cavabından narazı qaldı. Mir Cəlal.
Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. A.Divanbəyoğlu.
Firəngiz köhnə şoferi dəyişib, [Şahini] qəbul eləyəndə anası narazı olmuşdu… B.Bayramov.

Narazı salmaq – özündən incitmək, küsdürmək, rəncidə etmək. Yoldaşını özündən narazı saldı.

Синонимы

  • NARAZI hiddətli — qeyzli
  • NARAZI NARAZI Talıbov narazı halda başını buladı (Y.Şirvan); GİLEYLİ Qarabəy dayana bilməyib gileyli halda danışdı (Ə
NARARMUDU
NARAZILIQ
OBASTAN VİKİ
Haqlı narazılıq (film, 1988)

Значение слова в других словарях