NEHRƏ
NEKTOBENTOS
OBASTAN VİKİ
Nekk
== Nekk == Nekk (ink. neck-boyun, boğaz)-vulkan kanalının yuxarı-boğaz hissəsində bərkiyib qalmış və sonradan denudasiya nəticəsində üstü açılmış lavaya deyilir. Nekk adətən sütunvari massiv formada olur.
Nekkar çayı
Nekkar çayı (alm. Neckar) — Almaniyada çaydır. Bu çay Baden-Vürtemberq federal torpağından keçir. Uzunluğu 367 km, hövzənin sahəsi 14000 kv.km-dir. == Coğrafiyası == Çay Manhaym rayonunda Reyn çayına tökülür. Çayın keçdiyi zona şorlanmışdır. Çayın sahilində çoxlu sayda şəhərlər vardır. Çayın illik axımı 130 kub.m\san-dir. Maksimum axım fevral-mart aylarındadır. Qışda çayın suları donur.
Nekkarzulm
Nekkarzulm (alm. Neckarsulm‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Ştutqart inzibati dairəsində şəhər. Sahəsi 24.94 km2, əhalisi 27246 nəfərdir (2006).