NEKROPLANKTON
hidrobiontların cəsədlərindən yaranan plankton. N.-un çoxluğu su mühitini kəskin pisləşdirə bilər, belə ki, ölü üzvi maddələr oksidləşdikdə çoxlu miqdarda oksigen sərf olunur (“zamor” əlamətləri müşahidə olunur), üzvi maddələrin parçalanan məhsulları SO2, metan, hidrogen-sulfid və digər avtoxton zəhərli (toksik) maddələrin konsentrasiyası yüksəlir.