NEYSTON
yun. neustos - üzən)
Su səthində üzən və ya suyun üst təbəqəsinə bərkinən (altdan və ya üstdən) orqanizmlərin məcmusu. Onlara əsasən ibtidailər, birhüceyrəli yosunlar, gənələr, milçəklərin sür-fələri daxildir. Pleyston orqanizmləri ilə birlikdə su ekosisteminin xüsusi biohorizontunu yaradır.