NİŞANLI

sif.
1. Adaxlı, nişanlanmış, ad edilmiş, deyikli. Nişanlı qız. Nişanlı oğlan.
// İs. mənasında.
Dedi, nişanlıyam, özgə malıyam; Sındı qol-qanadım, yanıma düşdü. Aşıq Ələsgər.
Gülsüm, yəni Vəliqulunun nişanlısı Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. C.Məmmədquluzadə.

2. Nişanı olan, nişan taxmış, nişan vurmuş. Döşü nişanlı əsgər.
[Əmiraslan:] Kişi, … başında nişanlı papaq uşaq gördünmü? S.S.Axundov.
Başqasının alnı qanlı; Polad köksü üç nişanlı. S.Vurğun.

Синонимы

  • NİŞANLI NİŞANLI [Həmidə qızına:] Veriliş qurtaran kimi nişanlın maşın tutub gələcək (Anar); ADAXLI Hamı bilirdi ki, o, Qəzənfərin adaxlısıdır (S
  • NİŞANLI adaxlı
  • NİŞANLI əlamətli — işarəli — damğalı — izli

Омонимы

  • NİŞANLI NİŞANLI I sif. Adaxlanmış (oğlan və ya qız). Nişanlı qız-oğlan barədə bir söz deyə bilmərəm (S.Qədirzadə)
NİŞANLATMAQ
NİŞANSIZ

Значение слова в других словарях